Mobil versiya
Şabran və Siyəzən rayonlarının ümumtəhsil məktəblərində fəaliyyət göstərən təhsil işçiləri ilə görüş keçirilib -Fotolar
Tarix: 18-11-2022 | Saat: 11:10
Bölmə:Özəl / Təhsil | çapa göndər

Şabran və Siyəzən rayonlarının ümumtəhsil məktəblərində fəaliyyət göstərən təhsil işçiləri ilə görüş keçirilib

Şabran şəhər M. Nəzirov adına 4 nömrəli tam orta məktəbdə Şabran və Siyəzən rayonlarının ümumtəhsil məktəblərində fəaliyyət göstərən təhsil işçiləri ilə görüş keçirilib.

aia.az xəbər verir ki, görüşdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun əməkdaşları rəqəmsal qiymətləndirmə ilə bağlı məktəblərdə fəaliyyət göstərəcək məsul şəxslərə proses barədə ətraflı məlumat veriblər. İştirakçılarla rəqəmsal qiymətləndirmənin keçirilməsi zamanı yaranan problemlərin həlli istiqamətində görüləcək işlərin müzakirəsi aparıldı.

Görüşün gündəliyində duran digər mövzu isə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” haqqında təlimat oldu.

Tədbirdən fotolar təqdim edirik.

Tahir Həsənov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024