Göygöldə torpaq məcralı kanal beton üzlüyə alınır. -Foto
Tarix: 18-11-2022 | Saat: 10:04
Bölmə:Ölkə / İqtisadiyyat | çapa göndər
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov aia.az-a bildirib ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi tərəfindən Göygöl rayonunda uzun illər torpaq məcralı kanal kimi istifadə olunmuş Ərəbli kanalında beton işləri görülür. Aparılan tədbirlər zamanı rayon üçün suvarmada xüsusi rolu olan kanalın sağ və sol sahilinə beton üzlük çəkilir. Ötən əsrin 50-ci illərində çəkilmiş kanal uzun müddət istismar olunduğundan kanalda suvarma suyu itkilərə məruz qalırdı. Kanala beton üzlüyün çəkilməsi üçün 2 aya yaxın bir müddətdə kanalın yaxınlığında olan qayalıqların və iri daşların bir hissəsi kəsilərək yol salınıb, daha sonra kanalda beton işlərinə başlanılıb.
Kanal ümumilikdə 1000 hektara yaxın əkin sahəsininin suvarılmasını asanlaşdıracaq. Eyni zamanda bu kanaldan kənd əhalisi həyətyanı sahələrini suvarmaq üçün də istifadə edə biləcək.
Ərəbli kanalın uzunluğu 25.3 km-dir. Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşdırma və Sazlama İdarəsi tərəfindən bu il üçün kanalın 2 min metrə yaxın hissəsinin beton üzlüyə alınması nəzərdə tutulub. Bununla yanaşı kanal üzərində olan hidrotexniki qurğular da təmir olunur. Qeyd edək ki, Ərəbli kanalının beton üzlüyə alınması ilə su itkisi minimuma endiriləcəkvə su istifadəçiləri sudan daha asan istifadə edə biləcəklər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024