Mobil versiya
SDU-nun 60 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı -Fotolar
Tarix: 17-11-2022 | Saat: 23:25
Bölmə:Təhsil | çapa göndər

SDU-nun  60 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı

Əvvəlcə Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi ilə əlaqədar olaraq rektor professor Elxan Hüseynov və universitetin bir qrup professor-müəllim heyəti Sumqayıtda Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoydular.

aia.az xəbər verir ki, sonra Sumqayıt Şəhidlər xiyabanı və şəhidlik zirvəsinə ucalan tələbə-məzunların xatirələrini əbədiləşdirmək üçün SDU-nun həyətində yaradılan abidə kompleksi ziyarət edildi, abidə önünə gül dəstələri düzüldü və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə həsr olunmuş “Universitet elminin və təhsilinin müasir problemləri” mövzusunda Respublika elmi konfransı onlayn formatda öz işinə başladı.
Konfransda Azərbaycan universitetləri ilə yanaşı, dünyanın bir çox ölkələrindən -Türkiyədən, Rusiyadan bir qrup alimlər iştirak edirdilər.

Konfransı giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq iştirakçılara rektor professor Elxan Hüseynovun salamlarını çatdırdı və konfransın mövzusunun aktuallığından bəhs etdi və bugünkü konfransın məhz universitet elminin və təhsilinin müasir problemləri mövzusuna həsr edilməsinin təsadüfi olmadığını bildirdi. Prorektor dövlət başçısının rəhbərliyi ilə son illər milli təhsil sisteminin daha da inkişafı, müasirləşdirilməsi, təhsil işçilərinin cəmiyyətdəki layiqli yeri və mövqeyinin möhkəmləndirilməsi, həmçinin onların sosial müdafiə sisteminin etibarlı təmini sahəsində həyata keçirilən mühüm tədbirlər haqqında danışdı və qeyd etdi ki, bu gün həm dünyada, həm də Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində, o cümlədən də təhsildə sürətli dəyişikliklər baş verir. Bu istiqamətdə 60 illik yubileyi qeyd edilən Sumqayıt Dövlət Universitetinin uğurları sonsuz fərəh və sevinc hissi doğurur.
Professor Ramazan Məmmədov “Elm, təhsil və tərbiyənin vəhdətliyi probleminə linqvodidaktik baxış” adlı məruzə ilə çıxış etdi, ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram, layihələr barədə məlumat verdi. Qeyd etdi ki, 60 illik fəaliyyəti dövründə Sumqayıt Dövlət Universiteti bir çox tarixi nailiyyətlərə imza atıb.

Azərbaycan Universitetinin Elmi işlər üzrə prorektoru professor Yusif Qasımov “Azərbaycanda ali təhsil – müasir çağırışlar”, Hacettepe Universitetinin təqaüddə olan təhsil işçisi, Sumqayıt Dövlət Universitetinin Fəxri doktoru Şükrü Haluk Akalın “Sumqayıt Dövlət Universitetinin 60-cı ildönümü münasibətilə”, SDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının professorları Aqil Hüseynov “İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının kadr hazırlığındakı rolu və nailiyyətləri”, SDU-nun Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev “Gənclərin milli-mənəvi dəyərlər əsasında formalaşmasında universitetlərin rolu”, Sumqayıt Dövlət Universitetinin dosenti Turqay Hüseynov “ZOOM platformasının tətbiqi ilə binar mühazirənin keçirilməsi imkanları haqqında” mövzularında məruzə etdilər və SDU-nu 60 illik yubileyi münasibətilə təbrik edərək universitetin Azərbaycan cəmiyyətindəki əhəmiyyətli rolundan bəhs etdilər. SDU-nun keçdiyi tarixi yoldan, qazandığı uğurlardan və ali məktəbin gənc nəslin təlim-tərbiyəsindəki rolundan danışdılar və bu ali təhsil ocağına yeni-yeni uğurlar arzuladılar. Məruzəçilər qeyd etdilər ki, hazırda dünyada ali təhsilin vəziyyəti və perspektivləri barədə ciddi diskussiyalar aparılmaqdadır. Belə bir qənaət yaranmışdır ki, insan cəmiyyətinin elitar təbəqəsinin formalaşmasında, onların daha sivil və kamil səviyyəyə çatmasında ali təhsilin, xüsusilə universitetlərin rolu əvəzsizdir. Universitetlərimizin perspektiv inkişafını təmin etmək, elm və istehsalatla inteqrasiyanı sürətləndirmək üçün bir sıra tədbirlərin həyata keçirilməsi ali təhsil sahəsində islahatların daha səmərəli nəticə verməsinə bilavasitə öz müsbət təsirini göstərir.
Konfrans 9 bölmə üzrə işini iki gün ərzində davam etdirəcəkdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024