Gənclər təşkilatları özəl sektorla əlaqələrini inkişaf etdirir
Tarix: 17-11-2022 | Saat: 16:28
Bölmə:Özəl / Təhsil | çapa göndər
Azərbaycanın ən böyük gənclər platforması, 147 gənclər təşkilatnı ətrafında birləşdirən NAYORA-nın təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının Korporativ Sosial Məsuliyyət (KSM) haqqında məlumatlılığının artırılması və gənclər təşkilatlarının maraqlı tərəflər ilə birgə fəaliyyətlərin həyata keçirilməsi məqsədi ilə “KSM, Özəl Sektor və Gənclər Təşkilatlarının Əlaqələrinin Gücləndirilməsi” layihəsi həyata keçirilir.
aia.az xəbər verir ki, layihə çərçivəsində indiyə qədər müxtəlif qurumların aidiyyatı istiqamət üzrə nümayəndələri tərəfindən 3 təlim keçirilib. Və bu təlimlərdə 40-dan çox gənclər təşkilatının 100-dən çox nümayəndəsi iştirak etmişdir.
Qeyd edək ki, ilk təlim Azərbaycan Beynəlxalq Bankının Korporativ kommunikasiya şöbəsinin Baş mütəxəssisi Könül Hilalla “Təşkilatlarda KSM strategiyasının tətbiqi” mövzusunda baş tutub. Görüş zamanı korporativ sosial məsuliyyət nədir, gənclərlə iş sahəsində necə tətbiq olunmalıdır, beynəlxalq təcrübədə təşkilatların KSM strategiyası kimi mövzular ətrafında ümumi müzakirələr aparılıb və iştirakçıların sertifikatları təqdim olunub.
İkinci təlim Code Academy-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Gülşən Cumayeva ilə “Yerli və Beynəlxalq praktikada korporativ sosial məsuliyyətin tətbiqi və icra mexanizmləri” mövzusunda keçirilib. Təlim zamanı yerli və beynəlxalq təcrübə təşkilatların fəaliyyətlərində tətbiq edilmə mexanizmləri mövzusu ətrafında interaktiv müzakirələr aparılıb.
Sonuncu təlim isə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilovla “Gənclər təşkilatları və korporativ sosial məsuliyyət” mövzusunda oldu.
Məlumat üçün vurğulayaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən layihə davam edir və əlavə olaraq 2 görüş, 1 Forumun keçirilməsi nəzərdə tutulub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024
13:38 Kürdə bir nəfər batdı