Mobil versiya
“Azərbaycandan ixrac Avropaya Rusiyadan enerji asılılığını azaltmağa kömək edəcək” - Karen Donfrid
Tarix: 16-11-2022 | Saat: 22:57
Bölmə:İqtisadiyyat | çapa göndər

“Azərbaycandan ixrac Avropaya Rusiyadan enerji asılılığını azaltmağa kömək edəcək” -

ABŞ administrasiyası hesab edir ki, Azərbaycanın Avropa ölkələrinə enerji ixracı onların Rusiya idxalından asılılığını azaltmağa kömək edəcək.

aia.az xəbər verir ki, bunu çərşənbə günü ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ Konqresi Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.

“Biz çoxdan enerji təchizatının şaxələndirilməsinin tərəfdarıyıq. Və biz görürük ki, Rusiyadan hədsiz dərəcədə asılı olan bütün ölkələr başqa təchizat mənbələri axtarırlar. Bu kontekstdə Azərbaycan mühüm rol oynayır. Biz Rusiyadan tədarükdən uzaqlaşdıqca Azərbaycandan Avropaya neft və qaz tədarükünün həcminin artdığını müşahidə edirik”, - Donfrid bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024