Ağcabədidə subartezin quyuları vasitəsilə 27 min hektar sahə suvarılır. -Fotolar
Tarix: 16-11-2022 | Saat: 09:09
Bölmə:İqtisadiyyat | çapa göndər
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov aia.az-a bildirib ki, Ağcabədi rayonunda əkin sahələrinin suvarma suyu ilə təmin olunması istiqamətində son illər xeyli işlər görülüb. Ağcabədi Suvarma Sistemləri İdarəsi tərəfindən subartezian quyularının təmiri və bərpası daim ön planda saxlanılır. Rayonda 27 min hektara yaxın əkin sahəsinin suvarılmasını təmin edən 1026 ədəd subartezian quyusuna hər il baxış keçirilir, nasazlıqlar aşkar olunduqda aradan qaldırılır. Ötən əsrin 70-ci illərində istifadəyə verilən və uzun müddət istismar olunaraq batan 111 ədəd subartezian quyusunun 35 ədədi son illər bərpa olunub. 2024-cü ilə qədər bütün quyular bərpa olunaraq su istifadəçilərinin istifadəsinə veriləcək. Hazırda həmin quyulardan birində bərpa işləri aparılır.
Quyuların bərpası, o cümlədən yeni subartezian quyularının qazılaraq sakinlərin və fermerlərin istifadəsinə verilməsi əkin aparılan torpaqlardan bol məhsul əldə olunmasına səbəb olur. Fermerlər subartezian quyuları hesabına sahələrini asanlıqla suvara bildiklərini qeyd edirlər.
Ağcabədi Suvarma Sistemləri İdarəsinin balansında olan subartezian quyuları vasitəsilə 2021-ci ildə 3000 ha pambıq sahəsi 5 dəfə, 6200 ha taxıl sahəsi 4 dəfə, 14000 ha yonca sahəsi 6 dəfə, 3455 ha digər kənd təsərrüfatı bitgiləri 4,0-4,5 dəfə suvarma suyu ilə təmin olunub. 2022-ci ilin 9 ayında 4450 ha pambıq sahəsi 3,5 dəfə, 6960 ha taxıl sahəsi 4 dəfə, 11170 ha yonca sahəsi 4,5 dəfə, 4130 ha digər kənd təsərrüfatı bitgiləri 3,0-3,5 dəfə suvarılıb. Suvarılmanın mütəşəkkil aparılması üçün növbəti illərdə də yeni subartezian quyularının qazılması nəzərdə tutulur.
Qeyd edək ki, Ağcabədi rayonunda hər il pambıq, taxıl, yonca və digər kənd təsərrüfatı bitkiləri əkilir və suvarılması tam olaraq həyata keçirilir. Suvarılan sahələrdən isə yığım vaxtı bol məhsul əldə edilir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024