Kollecin qazi tələbəsi Tələbə Gənclər Təşkilatının sədri seçildi.
Tarix: 12-11-2022 | Saat: 18:37
Bölmə:Özəl / Təhsil | çapa göndər
Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda öz canından keçmiş şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəməmişdir. Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.
Belə qazilərdən biri də Xudadlı Samid Ramazan oğludur. Samid LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin “Vokal sənəti” ixtisasının I tədris ili tələbəsidir. 11 noyabr 2022–ci il tarixində Kollecin Pedaqoji Şurasının iclasında Kollec üzrə Tələbə Gənclər Təşkilatının (TGT) sədri seçilmişdir. Gəlin Samidin həyat yolu ilə yaxından tanış olaq.
Xudadlı Samid Ramazan oğlu 29 mart 1997–ci ildə Lənkəran rayonunun Biləsər kəndində anadan olmuşdur. Orta təhsilini 2003–2014–cü illərdə Xanbulan kənd tam orta məktəbində almışdır. 2017–ci ildən 2020–ci ilə qədər N saylı hərbi hissədə kiçik çavuş rütbəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmət etmişdir. Nümunəvi xidmət etdiyinə görə çalışdığı hərbi hissədə Komandiri tərəfindən dəfələrlə fəxri fərmanla təltif olunmuşdur. 44 günlük Vətən müharibəsi başlanandan döyüşlərdə iştirak etmiş və 29 sentyabr 2020–ci il tarixində Füzuli uğrunda gedən ağır döyüşlər zamanı yanına düşən mərminin partlaması nəticəsində sağ ayağını itirmişdir. Müharibədən sonra Cənab prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və Baş nazir Əli Əsədovun əmriylə “müharibə iştirakçısı” medalları ilə təltif olunmuşdur. Xudadlı Samid Ramazan oğlu LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin “Vokal sənəti” ixtisasının I kurs tələbəsidir. Samidgil ailədə 5 uşaqdırlar. Atası Xudadov Ramazan musiqiçidir. Anası Xudadova Məryəm evdar qadındır. Qardaşları Xudadov Amid və Xudadov Məlikdə atalarının yolunu davam etdirərək musiqiçi peşəsinə yiyələnmişlər. Bacılardan biri ailəli digər bacı isə məktəblidir. Samiddə ailəlidir. Həyat yoldaşı Xudadlı Aytac evdar qadındır. Samidə döyüş zamanı aldığı ağır xəsarətə görə III qrup əlillik təyin olunmuş və dövlətimiz tərəfindən ona avtomobil verilmişdir.
Ölkənin ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar müxtəlif bədən xəsarəti alan əlillərə də dövlət lazım olan hər bir qayğı və diqqəti göstərməkdədir. Bütün bunlar, bir daha təsdiq edir ki, sosial cəhətdən həssas əhali qruplarının, o cümlədən əlilliyi olanların, şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının, mina qurbanlarının sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin sosial siyasətinin əsas tərkib hissələrindəndir.
Cəmil Quliyev,
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024