Mobil versiya
Namiq Qaraçuxurludan Rəşad Dağlıya DƏSTƏK
Tarix: 10-11-2022 | Saat: 16:41
Bölmə:Şou-biznes | çapa göndər

Namiq Qaraçuxurludan Rəşad Dağlıya

"Ucundan, qulağından bəzi şeylər eşitmişəm. Elə adamam ki, sözümə hörmət edirəm. Dəqiq bilmədiyim hadisə haqda danışmıram. Dünən bu hadisə hamımızı sarsıtdı".

aia.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu "Səhərin səsi" proqramında deyib. O, ötən gün həbs olunan həmkarı Rəşad Dağlı haqda danışıb:

"Dünən dostumun oğlunun ad günündə idim, özümü yaxşı hiss etmirdim. Son vaxtlar daha yaxın idik. Deyirdik, görüşək, qismət olmadı. Qarşı tərəfin yaxınlarına səbr diləyirəm. Ələkbər Yasamallıının bibisi oğlu kimi tanıyıram. Elə yazırlar ki, sanki bitdi. Rəşad yaşayacaq. Bəzi hallara pozitiv yanaşaq. Məşədi baba da zindan həyatı yaşayıb. Dünyasını dəyişəndən donra bizə qalan əsərləri oldu. Ümid edirəm ki, Rəşadın günahsız olduğu üzə çıxar, azadlığa çıxar. Ümid sonda ölür. Rəşad orada da yazacaq, sənət xiridarlarını söz baxımından ac qoymayacaq, bayrağı daim əlində saxlayacaq. Sənət adamlarını qorumaq lazımdır. Onları məişət səviyyəsinə endirmək lazım deyil: niyə bunu oxudu, niyə belə geyindi. Allah qapısını açsın".

Qeyd edək ki, meyxanaçı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi qətlə yetirib. Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində gecə saatlarında qeydə alınıb. Hadisəni törətdikdən sonra Rəşad Dağlı Yasamal rayonu Polis İdarəsinə gələrək təslim olub və qətli törətməsini etira

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024