Mobil versiya
Gəncə Dövlət Filarmoniyasında 8 noyabr -Zəfər Gününə həsr olunmuş tədbir keçirilib -Fotolar
Tarix: 07-11-2022 | Saat: 11:36
Bölmə:Özəl / Təhsil | çapa göndər

Gəncə  Dövlət Filarmoniyasında 8 noyabr -Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə Gəncə Dövlət Filarmoniyasında 8 noyabr -Zəfər Gününə həsr olunmuş tədbir keçirilidi.

aia.az xəbər verir ki tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları, şəhər ictimaiyyəti, məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak edirdilər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə məktəbəqədər təhsil müəssisələrinin balaca fidanları 44 günlük Vətən müharibəsini və qələbəni səhnələşdirdilər. Daha sonra Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri rəqs nümunəsi ilə çıxış etdilər.Tədbir "Xarıbülbül" kompozisiyası ilə yekunlaşdı.
Tədbirdən fotolar təqdim edirik.

Tahir Həsənov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə