“Rəqəmsal media və kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarı keçirilib
Tarix: 05-11-2022 | Saat: 12:30
Bölmə:Media | çapa göndər
Noyabrın 5-də Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə bütün ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan 60-a yaxın tələbə üçün “Visiting Lecturer” layihəsi çərçivəsində “Rəqəmsal media və kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarı keçirilib.
aia.az xəbər verir ki, ADA Universitetində keçirilən seminarda spiker qismində Udin və Milan Universitetlərinin məzunu, kommunikasiya və marketinq, peşəkar brendin formalaşması üzrə strateji planlama istiqamətində ixtisaslaşan, Azərbaycan və Mərkəzi Asiya üzrə biznes brendləri ilə yaxından işləyən Tatyana Ravalli çıxış edib. O, rəqəmsal media mühitində kommunikasiya alətləri və formaları, müxtəlif tərəflərlə effektiv ünsiyyətin qurulmasının əsaslarından danışıb və texnologiyanın inkişafı ilə dinamik dəyişən media sahəsində yeni tendensiyalarla bağlı xarici bilik və təcrübələrin öyrənilməsinin və tətbiqinin vacibliyini vurğulayıb.
Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminarın keçirilməsində əsas məqsəd gənclərin media sahəsində fəal iştirakına şərait yaratmağa, yaradıcı-innovativ potensialını stimullaşdırmağa, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmağa və yerli mediada tətbiqini reallaşdırmağa töhfə verməkdir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024