Mobil versiya
YAP Saatlı rayon təşkilatının 12 saylı Ərazi Partiya Təşkilatında tədbir keçirilib -Fotolar
Tarix: 05-11-2022 | Saat: 22:24
Bölmə:Özəl | çapa göndər

YAP Saatlı rayon təşkilatının 12 saylı Ərazi Partiya Təşkilatında tədbir keçirilib

05.11.2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının 12 saylı Ərazi Partiya Təşkilatında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunan tədbir keçirildi.

aia.az xəbər verir ki, ilk əvvəl Müasir Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev bildirib ki, güclü Lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində xalqı öz ətrafında sıx birləşdirərək siyasi səhnədə yüksəlişə nail olaraq, Azərbaycanın dövlətçilik maraqlarının etibarlı və qətiyyətli müdafiəçisi olub. O, qeyd edib ki, Vətən Müharibəsində qazanılmış tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı partiyamızın və ölkəmizin inkişafında yeni mərhələdir.

Tədbirin sonunda Saatlı rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəallarına fəxri fərmanlar təqdim edilidi.
Tədbirdən foto şəkilləri təqdim edirik.

Tahir Həsənov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024