Polimer Materialları İnstitutunda Elmi şuranın Zəfər Gününə həsr olunan iclası keçirilib -Fotolar
Tarix: 05-11-2022 | Saat: 13:41
Bölmə:Özəl / Təhsil | çapa göndər
5 noyabr 2022-ci il tarixində Polimer Materialları İnstitutunda Elmi şuranın Zəfər Gününə həsr olunan iclası keçirilib. İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov açaraq iclasın Zəfər gününə həsr olduğunu bildirib. Sonra Vətən uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Bəxtiyar Məmmədov 27 sentyabr 2020-ci ildə xalqımızın mənfur düşmənin növbəti hücumuna qarşı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə başlayan zəfər yürüşündən, 44 gün sürən Vətən müharibəsinin tarixi əhəmiyyətindən və əldə olunan şanlı qələbədən danışıb.
aia.az xəbər verir ki, daha sonra Beynəlxalq əlaqələr və qrant layihələri şöbəsinin müdiri Esmira İmanova işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edən Böyük Qayıdış adlı təqdimatla çıxış edib.
İntitutun Həmkarlar Təşkilatının sədri, Makromonomer əsaslı polimer materiallar lаbоrаtоriyаsının müdiri, kimya üzrə fəlsəfə doktoru Аynurə Məmmədovа çıxış edərək Vətən müharibəsinin bizim şanlı tariximiz, şəhidlərin və qazilərin qürur mənbəyimiz olduğunu qeyd edib. Sonra iclasda iştirak edən Vətən müharibəsi iştirakçıları – Təchizat və xidmət şöbəsinin iş icraçısı Şəmsəddin Hüseynov və mühəndis Vaqif İbrahimovun timsalında bütün qazilərə cansağlığı, şəhidlərə Allahdan rəhmət diləyib.
İclasın sonunda institutun baş direktoru Bəxtiyar Məmmədov əməkdaşları Zəfər günü münasibəti ilə təbrik edib.
Tədbirdən foto şəkilləri təqdim edirik
Elbrus Bağırov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024