Mobil versiya
Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən “Zəfər Günü” ilə bağlı tədbir keçirilib -Fotolar
Tarix: 05-11-2022 | Saat: 11:59
Bölmə:Özəl / Təhsil | çapa göndər

Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən “Zəfər Günü” ilə bağlı tədbir keçirilib

Noyabrın 4-də Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən “Zəfər Günü” ilə bağlı tədbir keçirilib.

aia.az xəbər verir ki,tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsi müdiri Sənan Mənsimli, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Salyan rayonunun millət vəkili Jalə Əhmədova, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, YAP rayon təşkilatlarının sədrləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin rəhbərləri, rayon təhsil sektoru müdirləri, direktorlar və Vətən müharibəsi iştirakçıları iştirak ediblər. Bu barədə əməkdaşımıza açıqlamasında Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Neftçala rayon təşkilatının sədri Asudə Cəfərova məlumat verib. Həmçinin tədbirdə iştirak edən A.Cəfərova bildirib ki, tədbir iştirakçıları ilk olaraq şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər, abidənin önünə gül dəstələri qoyublar. Daha sonra tədbir idman və ədəbi proqramlarla davam edib. Tədbir iştirakçılarına məktəblilərin rəsm və digər əl işlərindən hazırlanmış ekspozisiya nümayiş etdirilib.

Öz açıqlamasında Asudə Cəfərova bunu da vurğulayıb ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi və şəxsən idarənin müdiri Sənan Mənsimli uşaq və yeniyetmələrimizin milli-vətənpərvər ruhda formalaşmaları işini hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Sənan müəllimin təşəbbüsləri və rəhbərliyi ilə idarənin nəzdində olan rayonlarda mütəmadi olaraq bu məzmunda görüşlər və tədbirlər keçirilir.

Tədbirdən foto şəkilləri təqdim edirik

Tahir Həsənov
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024