Mobil versiya
YAP Cəbrayıl rayon təşkilatında 8 noyabr-Zəfər günü münasibəti ilə tədbir keçirilmişdir -Fotolar
Tarix: 04-11-2022 | Saat: 14:43
Bölmə:Özəl | çapa göndər

YAP Cəbrayıl rayon təşkilatında 8 noyabr-Zəfər günü münasibəti ilə tədbir keçirilmişdir

aia.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatında 8 noyabr-Zəfər günü münasibəti ilə tədbir keçirilmişdir.Tədbirdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev YAP fəalı Əli Kazımov və bir sıra Yap fəalları iştirak ediblər.Tədbir Ümummilli Liderimiz Heydər Əliyevin və vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsinə 1 dəqiqəlik sükutla başladı.Sonra YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev qonaqları salamladı və Qarabağda qazanılan Böyük Qələbənin 2-ci il dönümü və YAP-nın yaranmasının 30 illik münasibətilə təbrik etdi.Sonra Partiyamızın bu 30 ildə qazandığı uğurlardan bəhs etdi.Tədbirdə YAP fəalları Əli Kazımov,Əsəd Əsədov,Bəxtiyar Əsədov,Məhəmməd Xəlilov,Əliyar Fərzəliyev və Mürvət Abdullayev çıxış edərək bütün fəalları təbrik etdi.Sonda bir sıra YAP fəalları partiyanın tapşırıqlarını sosial şəbəkədə fəal yerinə yetirdikləri üçün təşəkkürnamə ilə təltif olundular.

Tədbirdən foto şəkilləri təqdim edirik

Tahir Həsənov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024