Polimer Materialları İnstitutunda AZMETKİM şirkətinin mütəxəssisləri ilə görüş keçirilib
Tarix: 04-11-2022 | Saat: 11:18
Bölmə:Özəl | çapa göndər
aia.az xəbər verir ki, Polimer Materialları İnstitutunda AZMETKİM şirkətinin rəhbəri Saleh Məmmədov və şirkətin mütəxəssisləri – kimya layihələri üzrə menecer Cəmilə Abdullayeva, satış üzrə mütəxəssis Sevinc Həsənova ilə görüş keçirilib. Görüşdə Polimer Materialları İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov, institutun icraçı direktoru kimya elmləri doktoru, dosent Kazım Quliyev, baş mühəndis kimya üzrə fəlsəfə doktoru, dosent Tahir Alxazov, laboratoriya müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanov, Təhsil şöbəsinin müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Almaz Çələbiyeva, elmi katib kimya üzrə fəlsəfə doktoru, dosent Solmaz Rzayeva, Təchizat və xidmət şöbəsinin müdiri Ellər İsmayılov iştirak ediblər.
1974-cü ildə müxtəlif sektorların kimya məhsullarına olan tələbatını ödəmək üçün qurulan və kimya məhsulları idxalına başlayaraq kimya idxalçıları arasında lider şirkətlərdən biri olan AZMETKİM şirkətinin rəhbəri Saleh Məmmədov görüş iştirakçılarına şirkətin fəaliyyət istiqamətləri və fəaliyyət sahələri barədə məlumat verib.
İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədov institutun elmi istiqaməti, laboratoriya və şöbələrdə aparılan elmi tədqiqat işləri və onların nəticələri barədə məlumat verib, qarşıda duran məqsəd və vəzifələri görüş iştirakçılarının nəzərinə çatdırıb.
Əsas məqsədi Qafqazda, MDB ölkələrində, Yaxın Şərqdə, Mərkəzi Asiyada, eləcə də Asiya-Sakit okean regionu ölkələrində ən böyük təchizatçılardan birinə çevrilmək olan, çevik əməkdaşlıq sistemi yaradaraq səriştəli şəkildə rəqabət siyasəti aparan şirkətin polimer kimyası sahəsində qarşısına çıxan bəzi problemlərin institut alimlərinin və gənc mütəxəssislərin köməyi ilə həll edilməsinin, birgə əməkdaşlıq imkanlarının araşdırılmasının, qarşılıqlı əlaqələrin yaradılmasının, ortaq maraq doğuran sahələr üzrə gələcək planların təhlil edilməsinin zərurililiyi vurğulanıb.
Tədbirdən foto şəkilləri təqdim edirik
Elman Hüseynov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024