Mobil versiya
SDU-da “44 günlük dastan” layihəsi çərçivəsində qazilərlə tələbələrin görüşü keçirildi -Fotolar
Tarix: 04-11-2022 | Saat: 09:26
Bölmə:Təhsil | çapa göndər

SDU-da “44 günlük dastan” layihəsi çərçivəsində qazilərlə tələbələrin görüşü keçirildi

aia.az xəbər verir ki, noyabrın 3-də Sumqayıt Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının tərəfdaşlığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsi Zəfərinə həsr edilmiş “44 Günlük Dastan” layihəsi çərçivəsində görüş keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamladı, görüşün əhəmiyyətindən bəhs etdi. 44 günlük Vətən müharibəsi haqqında belə maarifləndirici görüşlərin keçirilməsinin diqqətəlayiq olduğunu bildirərək, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqillik tariximizin ən böyük zəfərini xalqımıza yaşatmış Vətənin qəhrəman oğullarının tanıdılması və gənc nəslə örnək olmasının vacibliyini vurğuladı. Sumqayıt Dövlət Universitetinin məzunlarının da Vətən müharibəsində böyük şücaət nümayiş etdirdiklərini qeyd edən prorektor universitetdə Vətən müharibəsi qəhrəmanları ilə mütəmadi görüşlərin keçirilməsinə xüsusi diqqət ayrıldığını bildirdi.
ATGTİ-nin Təlimlər üzrə meneceri Eldar Qurbanov,  layihələr üzrə menecer Ülvi Quluzadə  çıxış edərək layihənin məqsədinin Vətən müharibəsi qəhrəmanlarını tələbələrimizə tanıtmaq, Zəfər tariximizi daha yaxından öyrənməyə dəstək vermək olduğunu bildiriblər.
Tarixi Zəfərin kadrlarını özündə əks etdirən videoçarxın nümayişindən sonra tədbirin qonağı olan Vətən müharibəsi qaziləri Elməddin Novruzov, Elvin Vəliyev,Vətən Süleymanov, Həsən Yaqubov döyüş yollarından danışdılar, 44 günlük savaşla bağlı təəssüratlarını bölüşdülər və tələbələrin suallarını cavablandırdılar. 



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024