8 NOYABR AZƏRBAYCAN TARİXİNƏ HƏKK OLUNDU – ŞUŞA İŞĞALDAN AZAD EDİLDİ! – ŞƏRH
Tarix: 04-11-2022 | Saat: 09:20
Bölmə:Media | çapa göndər
Son 19 ildə bütün sahələrlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət göstərilib. Cənab Prezidentimiz İlham Əliyev ordu quruculuğunu həmişə ən prioritet məsələ kimi elan edərək ordumuzun gücləndirilməsi, ən müasir silahlarla təchiz olunmasını ön planda saxlayırdı. Ölkə başçısı öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, bu gün Azərbaycan Ordusu öz təchizatı baxımından dünyanın ən güclü orduları sırasındadır və ölkənin qarşısında duran bütün məsələləri həll etməyə qadirdir. Ordu quruculuğu haqqında cənab Prezident deyib: - Ordu quruculuğu 19 il ərzində mənim işimin əsas hissəsi olub. Biz həmişə ordumuzun necə gücləndirilməsi haqda düşünmüşük. Ən müasir silahlar almaq üçün təkcə maddi vəsait kifayət etmir, eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir ki, biz buna nail olduq. Mənim təşəbbüsümlə müdafiə sənayesi yaradıldı və bu gün biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Bu gün öz təchizatına görə hərbi bazalarımız ən yüksək standartlara cavab verir və Vətən müharibəsindəki şanlı qələbəmiz bunu bütün dünyaya göstərdi.
Bu gün xalqımız özünün şanlı tarixi günlərini yaşayır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə qalxan Azərbaycan dövləti özünün güclü, qüdrətli ordusu ilə sentyabr ayının 27-də düşmənə qarşı əks-hücum əməliyyatına başladı, 30 ilə yaxın bir müddətdə ermənilər tərəfindən zəbt olunmuş ərazilərimizi cəmi 44 gün ərzində azad etdi. Əldə etdiyimiz bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, öz doğma Vətəninə olan sevgisi sayəsində mümkün oldu. 44 gün davam edən Vətən müharibəsində müasir hərb tariximizin ən şanlı qələbəsini qazandıq və demək olar ki, XX əsrin yeni müharibə modelini dünyaya təqdim etdik. Azərbaycan xalqına bu qələbə sevincini bəxş edən Ali Baş Komandana və şanlı Azərbaycan əsgərinə, bu günləri bizə və bu tarixi qanı, canı ilə yazan şəhidlərimizə və qazilərimizə borcluyuq. Möhkəm xalq-iqtidar birliyi Azərbaycana son yüzilliklər ərzində əldə etmədiyi qələbə sevincini yaşatdı və 30 ilə yaxın işğalda olan ərazilərimizi, torpaqlarımızı əsl sahibinə--xalqımıza qaytardı. Bununla da Ali Baş Komandan İlham Əliyev öz adını nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Xalqımızın 30 illik torpaq həsrətinə nəhayət son qoyuldu. Bununla da Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan haqlı mübarizəmiz Şuşanın işğaldan azad olunması ilə bitdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 8-də Fəxri xiyabanda və şəhidlər xiyabanında olmuşlar. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Qələbə müjdəsi ilə Azərbaycan xalqına müraciət edib:- Əziz həmvətənlərimiz, əziz bacılar və qardaşlar!
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları təbrik edirəm.
İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox... Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirk. Danışıqlar heç bir nəticə vermədi. Biz bu qələbəni döyüş meydanında, şəhidlər verərək qazandıq. Və bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır.
Xalqa müraciətində Ali Baş Komandan böyük qürur və fəxarətlə deyib: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad edirik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika institutunun əməkdaşı ,
Heydər Əliyev məktəbinin davamçıları Feysbuk qrupunun yaradıcısı,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər