Mobil versiya
Əli Məsimli: "Heç kim inhisar hesabına yaranan inflyasiyadan danışmır"
Tarix: 03-11-2022 | Saat: 13:10
Bölmə:İqtisadiyyat | çapa göndər

Əli Məsimli:

"Azərbaycanda heç kim inhisar hesabına yaranan inflyasiyadan danışmır. Qiymət artımının neçə faizi xaricdən idxal olunur, neçə faizi sünidir?"

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli deyib.

O, həmçinin əlavə edib ki, ölkədə iqtisadi artım templərinin artırılması istiqamətində işlər görülməlidir.

"Dünyada həyata keçirilən sərt siyasət iqtisadi artımı azaldır. Artıq Azərbaycanda da iqtisadi artımın azaldığını müşahidə edirik. Son illər büdcənin neftdən aslılığının azaldılması istiqamətində addımlar atılır. Amma belə davam etsə, biz yenidən Dövlət Neft Fondundan əlavə vəsait alınması üçün müraciət edəcəyik", - deyə o, qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024