Zəfərimiz qürurumuzdur
Tarix: 03-11-2022 | Saat: 12:09
Bölmə:Özəl | çapa göndər
Artıq tarixə qovuşmuş 2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. 44 gün davam edən Vətən müharibəsi ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan qədim Şuşanın işğaldan azad edilməsinin ardınca böyük Qələbənin qazanılması xalqımızın tarixində yeni bir əbədi tarix yazdı. Qibtə ediləcək bu böyük zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu və 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
Sentyabrın 27-də başlayan və 44 gün davam edən haqq savaşında zəfər çalan Azərbaycan Ordusu təkcə ölkəmizdə deyil, bütün regionda yeni bir dönəmin əsasını qoydu. 30 ilə yaxın bir müddətdə erməni işğalında qalan torpaqlarımız məhzordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar hesabına azad edildi. Ərazi bütövlüyümüzün təmin olunması məqsədi daşıyan bu haqq savaşı Azərbaycan dövlətinin və xalqının mübarizə əzmini, hərbi, iqtisadi, siyasi qüdrətini nümayiş etdirdi. İllərdir havadarlarının hərtərəfli dəstəyi ilə torpaqlarımızı işğalda saxlayan, beynəlxalq hüququn normalarına əməl etməyən ermənilər və onların “məğlubedilməz ordusu” cəmi 44 gün ərzində darmadağın edildi. Düşmən ordusu haqqında yaradılmış mif və nağılların təbliğat coğrafiyası o qədər geniş idi ki, hətta müharibədən sonra düşmən ölkənin əhalisi aylarla reallıqda nə baş verdiyini dərk edə bilmədilər.Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində həsrətlə öz ata-baba yurduna dönəcəkləri günü gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir. Azərbaycanın dövlət sərhədləri bərpa edildi. Azərbaycan Ordusunun gücü qarşısında darmadağın olan düşmənin döyüş meydanına göndərdiyi hərbi texnikasının son dayanacağı Hərbi Qənimətlər Parkı oldu.
Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistanı tam kapitulyasiyaya məruz qoyaraq tarixi ədaləti və ərazi bütövlüyünü təmin etdi. 44 günlük müharibədə qazanılan şanlı qələbə sayəsində regionda yeni reallıqlar yaranıb.Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. Vətən müharibəsində Ali Baş Komandan təkcə döyüş əməliyyatlarının aparılmasına nəzarət etmirdi, eyni zamanda Azərbaycanın haqq işinin dünya mediası tərəfindən düzgün, obyektiv işıqlandırılmasını təmin edirdi. Savaş müddətində Azərbaycanın haqq mübarizəsi ilə bağlı dünyanın ən məşhur media orqanlarına müsahibələr verən dövlət başçısı bununla həm də erməni lobbisinin yalan təbliğatını alt-üst edirdi. Təsadüfi deyil ki, illərdir bu lobbi hesabına yalnış təbliğatla məşğul olan bir sıra məşhur media orqanları əməkdaşlarının hadisələrə qərəzli yanaşmaları cənab İlham Əliyevin obyektiv, sərrast, dəmir məntiqə əsaslanan cavabları ilə anındaca yerində oturdulurdu. Necə deyərlər, “Dəmir yumruq” təkcə döyüş meydanında deyil, həm də siyasi meydanda erməni yalanını ifşa edirdi.
İlin ən mühüm uğuru isə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı tarixi qələbəmizdir.Müzəffər Azərbaycan Ordusu bizə Qələbənin Zəfər paradının sevinclərini yaşatdı. 10 dekabr 2020-ci il tarixdə Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Əllərində Azərbaycanın üçrəngli bayrağı və Ali Baş Komandanın portretləri olan paytaxt sakinləri "Qələbə bizimdir!” "Qarabağ!”, "Qarabağ Azərbaycandır!”, "Yaşasın Ali Baş komandan!”, "Azərbaycan Ordusuna eşq olsun!” kimi şüarlarla möhtəşəm qələbənin sevinc və qürur hisslərini onlara yaşatdığına görə Müzəffər Azərbaycan Ordusuna, Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edirdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycan RespublikasındaZəfər Günükimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024