Ruslan Rzayev: Qazaxda Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin
Tarix: 03-11-2022 | Saat: 10:13
Bölmə:Özəl / Təhsil | çapa göndər
“Duolingo – oyna və öyrən!” adlı qalib layihəsi uğurla həyata keçirilir
Qazax şəhər İsmət Qayibov adına 3 saylı tam orta məktəbin direktoru Ruslan Rzayevin “Duolingo – oyna və öyrən” layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin fərdi kateqoriyası üzrə qalibi olmuşdur.
Layihənin məqsədi: Duolingo serverinin imkanlarından istifadə edərək 3 saylı tam orta məktəbin 6-9 sinif şagirdlərində ingilis dilinə maraq yaratmaq, onları motivə etmək, dil kompetensiyalarını artırmaq və IX sinif şagirdlərinin buraxılış imtahanında daha yüksək nəticələr əldə etmələri üçün repetitorların Duolingo proqramı ilə əvəzlənməsini təmin etməkdən ibarətdir.
Layihənin icrasına 15.09.2021-ci il tarixində başlanılmış , 20.09.2022-ci il tarixində ictimaiyyətə təqdimatı keçirimişdir. Təqdimat zamanı layihənin əsas məqsədi və fəaliyyəti haqqında ətraflı məlumatlar verildi. Daha sonra layihə rəhbəri Ruslan Rzayev və layihənin eksperti Şəlalə Məhərrəmova .şagirdlərin ingilis dilinin öyrənilməsində hansı çətinliklərlə rastlaşdıqlarını müəyyən etmək məqsədi ilə 6-9 siniflərdə sorğu keçirdilər. Daha sonra sorğunun nəticələri təhlil olundu və məlum oldu ki, şagirdlər üçün xarici dilin öyrənilməsində ən böyük çətinlik psixoloji maneyədir (danışmaq qorxusu, gülünc obyekti olmaq qorxusu və s.) Şagirdlər daha sonra dərslərin o qədər də maraqlı olmamasını qeyd etdilər. Növbəti fəaliyyət isə pretestin keçirilməsi oldu ki, bu zaman şagirdlərin xarici dil bacarıqlarının ilkin səviyyəsi yoxlanıldı.
“Duolingo- oyna və öyrən” layihəsi tək şagirdlər üçün nəzərdə tutulmayıb, bu layihəyə könüllü olaraq məktəbin müəllimləri də qoşulub. Onlar öz ingilis dili kompetensiyalarını artırmaq üçün Duolingo serverinin imkanlarından həvəslə istifadə edirlər. Məktəbin müəllimləri arasında maraqlı bir rəqabət, daha çox xal yığmaq rəqabəti yaranıb. Onu daxususi ilə də qeyd etmək olar ki, Duolingoya gənc müəllimlərdən fərqli olaraq stajlı müəllimlər daha çox maraq göstərir. Bir sözlə , demək olar ki , burada yaş limiti yoxdur. Hətta, 64 yaşlı qocamanədəbiyyat müəllimi Qənirə Əliyeva bu yaşında ingilis dili öyrənməyə başlayıb və artıq ilk uğurlara da imza atıb.
Hal-hazırda ingilis dili müəllimi Tahirə Xasməmmədova şagirdlər üçün Duolingo dərsləri təşkil edir. Dərslərə 20 oktyabr tarixindən start verilib.Məktəbdərslərindən sonra şagirdlər aktiv şəkildə Duolingo dərslərinə qatılaraq, müəllimin tapşırıq və tövsiyyələrinə əsasən birincilik uğrunda mübariə aparırlar. Şagirdlərdəmotivasiya çox yüksəkdir. Baxmayaraq ki, layihə çərçivəsində yalnız rus bölməsinin 6-9 sinif şagirdləri nəzərdə tutulmuşdur, artıq azərbaycan bölməsinin də şagirdləri dərslərə böyük maraq göstərərək “Duolingo” layihəsinə qoşulurlar. Onu da qeyd edək ki, Duolingo serveri imkan verir ki, şagirdlər qrammatika ilə bərabər, həm dinləmələrini, həm də danışıq bacarıqlarını inkişaf etdirə bilsinlər. Bu da çox vacib bir amildir.Hal - hazırda dərslərvə yarışmalar davam edir.
Ruslan Rzayev
Layihə rəhbəri
Qazax şəhər 3 saylı tam orta məktəbin direktoru
.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024