Mobil versiya
“Veysəloğlu” 700 min manatdan çox cərimələnib
Tarix: 03-11-2022 | Saat: 10:01
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

“Veysəloğlu” 700 min manatdan çox cərimələnib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Veysəloğlu” MMC-ni 715 227 manat cərimələyib.

aia.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurum qarabaşaq məhsulunun topdansatışı bazarının rəqabətliliyi, bazarda hökmran mövqedən sui-istifadə hallarının və qiymət manipulyasiyasının olub-olmaması ilə bağlı araşdırmalar aparıb. Bununla əlaqədar olaraq, antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qarabaşaq satışı ilə məşğul olan bazar subyektləri barəsində iş qaldırılıb.

"Veysəloğlu"nun qarabaşaq məhsullarının topdansatışı bazarında hökmran mövqeyə sahib olduğu, bundan istifadə edib satış məntəqələri arasında qiymət ayrı-seçkiliyinə yol verdiyi aşkarlanıb. Nəticədə pərakəndə satış məntəqələrinin qarabaşaq məhsullarının satışı sahəsində eyni şərtli rəqabət imkanları məhdudlaşıb. “Antiinhisar fəaliyyəti haqqında” qanunun tələblərini pozduğu əsas götürülərək şirkətə maliyyə sanksiyası tətbiq olunub.

Dövlət Xidməti “Antiinhisar fəaliyyəti haqqında” qanun və Nazirlər Kabinetinin “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli sərəncamından irəli gələn məsələlər çərçivəsində istehlak səbətində əhəmiyyətli yer tutan qida mallarının satışı bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalar aparır", - deyə məlumatda qeyd olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024