Bağ kirayələri neçəyədir?
Tarix: 08-06-2016 | Saat: 16:20
Bölmə:İqtisadiyyat | çapa göndər
Bakı bağlarında kirayənişin olmaq Türkiyədə istirahət etməkdən baha başa gəlir.
“Maklersiz bağ kirayə götürənlərin söhbəti həmişə dava-dalaşla bitir. Çünki axırda bağ sahibi bir söz deyir, kirayənişin başqa bir söz”. Bunu alqı-satqı firmasında çalışan Kamil Verdiyev deyir. Yay başlanan gündən bağ kirayəsi mövzusu da aktuallaşıb.
İstirahət etmək istəyib də, ölkədən, paytaxtdan çıxa bilməyənlər üçün bu, tətilin ən ideal növüdür. Səhər-axşam bağda dincəlir, günortalar və həftə sonları özünü bağın qızmar qumunun, əgər varsa, hovuzunun ixtiyarına verir. Amma di gəl ki, qiymətlər “alışıb-yanır”. Ən azı Abşeronun günəşi qədər.
Etiraf edək ki, qiymətlər və şərtlər bu il xeyli dəyişib. Amma yaxşı mənada yox. Qiymətlər bahalaşıb, amma kirayə şərtləri nisbətən sadələşib. Elan saytlarında bağların fotoları, kirayəsi ilə bağlı detallar yer alır. Müştəri bununla da ümumi təəssürat əldə edir. Amma bir çox hallarda şəkillər aldadıcı olur. Daha doğrusu, şəkillərə effekt verməklə və ya evin “qüsurlarını” gizlətməklə müştərinin gözünü boyamaq mümkündür. Buna araşdırma zamanı “ən ucuz bağ” kateqoriyasında tapdığımız bir bağın sahibi ilə danışanda əmin olduq. Məlum oldu ki, bağın fotoları arasında yer alan dəniz mənzərəsi, eləcə də uşaq meydançasının bu bağa heç bir aidiyyəti yoxdur. Kiçik otaqların fotoda böyük kimi görünməsi, təmirsiz hamam-tualeti fotolarına əlavə effektlər verməklə nisbətən yaşanılası vəziyyətdə təqdim etmək... bütün bunlar müasir bağ yiyələrinin hiylələrinə aiddir. Üstəgəl, elanlarda bağın aylıq və ya mövsümi kirayə verilməsi barədə məlumat yer almır. Sən müştəri olaraq zəng edirsən, detalları dəqiqləşdirirsən və məlum olur ki, “gözaltıladığın” bağı 3 aylıq kirayə verirlər. Özü də məbləği əvvəlcədən ödəməklə.
Makler Fərhad Nemətov deyir ki, bəzən insanlar üçün şərait o qədər də önəmli olmur: “Adam var deyir ki, mənə bağ hər gün dənizə gedib-gəlmək üçün lazımdır. O halda həmin müştəri şəraitə çox da önəm vermir. Köhnə mebel, hamam-tualetin səliqəsiz olması kimi məsələlər qalır arxa planda. Yox, əgər kirayənişin ailəlidirsə və uşaqları ilə birgə keyfiyyətli bir tətil keçirmək istəyirsə, hər cür şəraiti, hovuzu olan bağ arzulayır”.
Araşdırma zamanı o da üzə çıxdı ki, dəbdəbəli, yüksək təmirli bağların sahibləri azyaşlı uşaq sahiblərinə bağ kirayələməkdən uzaq dayanırlar. Çünki zəng etdiyimiz əksər bağ sahiblərinin ilk sualı “ailəlisiz, uşaqlarınızın yaşı neçədir?” oldu. Onlar bunu belə əsaslandırırlar ki, uşaqlı ailə dağınıq olur, evin təmirinə, oboya, əşyalara ziyan verir və sonradan onların təmiri baha başa gəlir.
Yazının girişində rəyinə yer verdiyimiz Kamil Verdiyev isə deyir ki, məhz bu kimi məqamlara görə firma vasitəsilə bağ kirayələmək daha sərfəlidir: “Çünki bizim iştirakımızla müştəri bağı təhvil alır. Əşyaların durumu, sayı qeyd olunur. Səhəri gün ev sahibi kirayənişinə ”sən filan şeyi xarab elədin, qırdın, sıradan çıxardın" ittihamını irəli sürə bilmir. Bundan başqa, ev sahibi yalandan müştəriyə “mənim filan əşyam vardı, sən oğurladın” tipli söz də deyə bilməz".
400 manatdan 800 manatadək...
Ötən illərlə müqayisədə 400-500 manat olan bağ tapmaq mümkünsüzdür. Araşdırmalarımız zamanı aylıq kirayəsi 800 manat olan bağların sayca azlıq təşkil etdiyini gördük. Onlar da təmirsiz, hovuzsuz, nimdaş əşyalarla. Amma lüks, hovuzlu, şıq əşyalı villaların aylıq kirayəsi 3000-4000 manatdan aşağı deyil.
Fatmayi, Novxanı qəsəbələrində, dəniz kənarına yaxın yerlərdə villaların kirayəsi üçün ayda 2500-3500 manat ödəmək lazım gəlir. Dənizdən 500-700 metr aralı 1-2 otaqlı mənzil icarəyə götürmək üçün 800 manat, 3-4 otaqlı, hər şəraitli, dənizdən 500 metr aralı olan mənzildə qalmağa isə 1000-2000 manat xərc çəkmək lazımdır. Amma Fatmayidə aşağı şəraitli, 2 otaqlı bağ evlərinin kirayəsi 700 manatdan başlanır.
Hövsanda şəraitsiz 1 otaqlı bağ evinə 700 manat, şəraiti olanlara isə 800-1000 manat pul vermək lazımdır.
Nardaranda dənizə yaxın ərazidə yerləşən bağ evləri, yaxud villalar 1000 manata, 1-2 otaqlılar isə 700 manata kirayəyə verilir. Bilgəhdə 1-3 otaqlı bağlar 1000 - 2000 manata verilir ki, belə evlər dənizə yaxın yerlərdədir.
Bağ kirayəyə götürmək üçün Zirədə 300-500 manat, Goradildə 1-2 otaq 800 manat, 3-4 otaq 1000 manat, villalara 1500 manat aylıq icarə haqqı ödəmək lazım gəlir.
Şüvəlanda ayda 1 otaqlı bağlara 800 manat, dənizə yaxın villalara 1000 manatdan yuxarı pul ödəmək lazım gəlir.
Zağulbada 400 metr dənizə yaxın olan bağ evlərinə ayda 700 manat, villalara isə 1000-1500 manat pul vermək lazımdır.
Mərdəkanda dənizə yaxın villa kirayələmək üçün 3500-4000 manat, 1-5 otaqlı, hər cür şəraiti olan bağ evi tutmağa 1000-2000 manat arası, şəraitsiz tək otaq icarəyə götürməyə isə 500-1000 manat arası xərc çəkməlisən.
Günlük kirayə - 25 manatdan 700 manata qədər
Builki araşdırmamızda üzə çıxan bir başqa nüans isə gündəlik bağ kirayəsinin sayının artması idi. Bu kateqoriyada əsasən çox şıq villalar yer alır. Ev partiləri, ad günləri, nişan, hətta ailə arası toy keçirmək üçün villa kirayələyənlər var. Villanın durumundan asılı olaraq birgünlük kirayə 300-700 manat arası dəyişir.
Amma əməkdaşımız axtarış zamanı birgünlük kirayəsi 25 AZN olan bağ da tapdı. Fotolardan və bağ sahibi ilə danışıqdan məlum oldu ki, bura əsasən kasıb ailələr müraciət edir. Bağda paltaryuyan maşın, kondisioner yoxdur. İkiotaqlı bağda kirayənişinə ancaq quru taxt verilir.
Bağ, yoxsa xaricdə istirahət
Maklerlərin bildirdiyinə görə, bahalı və yüksək şəraitli villaların müştəriləri əsasən Rusiyada alver edən azərbaycanlı iş adamlarıdır. Onlar yay aylarını ailə üzvləri ilə geniş tərkibdə keçirmək üçün şəraitli villalar tərcih edirlər. Bundan başqa, müəyyən xəstəlikləri olan, həkim tövsiyəsi ilə dəniz havası, qum qəbul etməli olan şəxslər üçün də Bakı bağları populyar tərcihlər sırasındadır. Amma onlar nisbətən ucuz bağ evlərinin axtarışında olurlar.
Çox vaxt bağ sahibləri ilə kirayənişin arasında hər hansı müqavilə də bağlanmır. Bu halda isə kirayənişinlə ev sahibi arasındakı öhdəliklər problemə çevrilir: “Biz daha çox sıradan çıxmış kondisioner, ya su motoru, eləcə də evdə sınmış qab-qaşığa görə ev sahibi ilə kirayənişin arasında problem yarandığını görürük. Ev sahibi deyir ki, bunu ödəməlisən. Kirayənişinsə deyir, mənim evim deyil, bunu əvvəldən deməliydiniz. Ona görə də müqavilə şərtdir”.
Bu arada bir aylıq bağ kirayəsi bir çox hallarda 10 günlük ölkə xaricindəki istirahətdən daha başa gəlir. Rəyini soruşduğumuz paytaxt sakinləri deyirlər ki, quruca divara 1 ay boyunca 1000 manat ödəmək heç də sərfəli deyil. Bağ istirahəti məsrəfli prosesdir - alış-verişi, yeməyi, dəniz istirahəti pul tələb edir. Təkcə bir dəfə dənizə getmək, masada oturmaq üçün 10 manat ödəmək bir ay boyunca 300 manat deməkdir. Belə də bağ istirahəti insana minimum 2000-2500 manata başa gəlir. Bunun yemək bişirmə, qab-paltar yuma, ev yığışdırma kimi fiziki əziyyətlərini də nəzərə alanda... Həmin məbləğə Türkiyədə 10 günlük ailəlikcə istirahət etməyi daha perspektivli hesab edənlər var. Üstəgəl, daha təmiz dəniz və yüksək səviyyədə qulluğun müşayiəti ilə...
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024