SDU-da 8 Noyabr – Zəfər Gününə həsr olunmuş fotosərgi təşkil edildi -Foto
Tarix: 26-10-2022 | Saat: 16:32
Bölmə:Özəl / Təhsil | çapa göndər
AİA.Az xəbər verir ki, oktyabrın 26-da Sumqayıt Dövlət Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş fotosərgi təşkil edildi.
Sərgidə Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı əzəli Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını ifşa edən fotomateriallar nümayiş olunurdu.
Əvvəlcə, Vətən uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra sərgiyə baxış keçirildi.
Nümayiş olunan sərgidə işğalçı Ermənistanın 30 il ərzində Qarabağda mədəni irsimizin qəsdən məhv edilməsi, mənimsənilməsi, dəyişdirilməsi və oğurlanması kimi dəhşətli cinayət əməlləri, maddi-mədəni və dini abidələrimizin vəhşicəsinə dağıdılması faktları öz əksini tapmışdı.
Sərgidə çıxış edən SDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Natiq Talıbov 44 günlük müharibənin tarixi əhəmiyyətindən danışdı və Böyük Qələbə münasibətilə Azərbaycan xalqını təbrik etdi. Xalqımızın tarixi Zəfərin ildönümünü böyük qürurla, təntənə ilə qeyd etdiyini bildirən prorektor qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən sürətli quruculuq və bərpa işlərindən, həmçinin gənc nəslin üzərinə düşən vəzifələrdən danışdı.
Porektor onu da diqqətə çatdırdı ki, Zəfər Günü ilə əlaqədar Sumqayıt Dövlət Universitetinin şəhidlik zirvəsinə ucalan tələbə-məzunlarının xatirələrini əbədiləşdirmək üçün universitetin həyətində yaradılan abidə kompleksi və fakültələrin təşkilatçılığı ilə Böyük Qələbə və Tarixi Zəfərə gedən yolu özündə əks etdirən stendlər yaradılmışdır ki, bu da tələbələrin vətənpərvər ruhda maariflənməsinə böyük stimuldur.
Zəfər Gününə həsr olunmuş fotosərgi iştirakçıların geniş marağına səbəb oldu.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024