Mobil versiya
Şəhid anası və şəhid oğlu direktor TƏYİN EDİLDİ
Tarix: 26-10-2022 | Saat: 14:12
Bölmə:Təhsil | çapa göndər

Şəhid anası və şəhid oğlu direktor

Aprel şəhidi Müşfiq Orucovun anası Aygün Məmmədli Zəngilan rayon 7 nömrəli tam orta məktəbə direktor təyin olunub.

aia.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Bundan öncə Aygün Məmmədli Zəngilan rayon 7 nömrəli tam orta məktəbdə direktor müavini işləyib.

Nazirin digər əmri ilə Birinci Qarabağ müharibəsi şəhidi Dadaş Zeynalovun oğlu Camal Zeynalov Zəngilan rayon 23 nömrəli tam orta məktəbə direktor təyin edilib.

O, Zəngilan rayonu 11 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024