Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir.
Tarix: 25-10-2022 | Saat: 14:04
Bölmə:Media | çapa göndər
Torpaqlarımızın işğaldan azad olunmasından keçən qısa müddət ərzində həmin bölgələrdə aparılan bərpa və yenidənqurma işləri, Füzuli Beynəlxalq Hava Limanından sonra Zəngilanda Beynəlxalq Hava Limanının açılışı, Azərbaycanın postmünaqişə dövrü üçün böyük planlarının olduğunun göstəricisidir. Qeyd edək ki, hava limanının açılışı, Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsi, Zəngəzur dəhlizinin hava nəqliyyat infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Bütün bunlar Zəngəzur dəhlizinin açılacağı, ərazilərin beynəlxalq logistika mərkəzinə çevriləcəyi günü daha da yaxınlaşdırır. Yeri gəlmişkən, Ermənistanın 30 ilə yaxın işğalı dövründə dağıdılan, yerlə-yeksan edilən hər bir yaşayış məntəqəsində abadlıq-quruculuq işləri sürətlə davam edir. Dövlətimizin başçısının iradəsi və qətiyyəti sayəsində keçmiş məcburi köçkünlər artıq işğaldan azad edilən bölgələrə dönürlər. Prezident İlham Əliyev mütəmadi olaraq Qarabağa səfərlər edir, quruculuq işləri ilə yerində tanış olur. Qalib ölkənin qalib vətəndaşları Qarabağın necə inkişaf etdiyini, burada hansı genişmiqyaslı işlərin aparıldığını böyük maraq və qürurla izləyirlər.
Xüsusilə qeyd etmək lazımdir ki, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının növbəti təntənəsi kimi dəyərləndirilən Zəngilan Beynəlxalq Hava Limanının iki qardaş ölkənin prezidentlərinin iştirakı ilə açılması Qarabağ və Şərqi Zəngəzurun intensiv surətdə bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha gücləndirildiyindən xəbər verir. Zəngilan Beynəlxalq Hava Limanının açılışı tarixi Zəfərimizdən sonra daha da möhkəmlənən Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının sarsılmaz olduğunu bir daha sübut etdi. Dövlət başçısı İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi “Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir” fikri dünya ictimaiyyətinə ünvanlanan bir çağırışa çevrildi. İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycan və Türkiyə dünyaya nümunə olan birlik ortaya qoydular. Prezident İlham Əliyevin qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Zəngilan Beynəlxalq Hava Limanının, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışını etməsi, Cəbrayılda Qumlaq stansiyası, “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlini qoyması böyük iqtisadi və siyasi əhəmiyyət kəsb edir. Xüsusilə də Ermənistan və İranla həmsərhəd olan Zəngilanın işğaldan azad olunmasının 2-ci ildönümündə, eyni zamanda baş verən regional hərbi-siyasi proseslər fonunda Türkiyə Prezidentinin Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır. Vətən müharibəsinin ilk saatlarından Azərbaycanın yanında olduğunu bəyan edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın hava limanının açılışında iştirakı ölkələrimizin birliyinin və qardaşlığının təntənəsidir. Həmçinin, Qarabağın sürətlə abadlaşdırılması və yenidən qurulması, Böyük Qayıdışın reallaşması, eyni zamanda qarşıdakı dövrdə iqtisadi, sosial, mədəni və tarixi kontekstdə oynayacağı rola hazırlanması çox böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Qarabağ bölgəsi, istifadəyə verilən Füzuli və Zəngilan hava limanları, tikintisi davam edən Laçın Beynəlxalq Hava Limanı şimaldan cənuba, şərqdən qərbə qovşaq nöqtəsi olmağa namizəddir. Bu, həm ölkəmiz üçün uğurlu fəaliyyət olacaq, həm də bütün Qafqaza iqtisadi baxımdan böyük fayda qazandıracaq. Xüsusilə qeyd etməliyik ki, Zəngilan Beynəlxalq Hava Limanına ilk eniş edən xarici dövlət başçısının Rəcəb Tayyib Ərdoğan olması təsadüfi deyil. Türkiyə və Azərbaycana yaraşan da budur. İki dövlət başçısının qucaqlaşması təkcə iki liderin qucaqlaşması deyil, eyni zamanda 85 milyon Anadolu insanı ilə 10 milyon azərbaycanlının, dövlətlərimizin, ordularımızın qucaqlaşmasıdır. Bu həm də Şuşa Bəyannaməsi ilə davam edən tarixdə və dünyada ən nümunəvi müttəfiqlik və qardaşlıq hadisəsidir. Böyük siyasətdə jestlərin dili rəmzi məna daşıyır. Xüsusilə, böyük siyasətçilərin istifadə etdiyi jest bəzən söz qədər təsirli olur. Təkcə bir jest kifayət edir ki, onu kənardan, o cümlədən ekran qarşısında müşahidə edən dairələr düzgün nəticə çıxara bilsin, bəziləri isə öz payını götürsün. Prezident Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanında təyyarədən enərkən, sağa və sola nəzər yetirdikdən sonra, baş barmağını yuxarı qaldıraraq göstərdiyi “əla” işarəsi məhz belə jestlərdən biridir. Bu, həm də Vətən müharibəsindəki tarixi Zəfəri, Qarabağda və Şərqi Zəngəzurda aparılan böyük quruculuq-bərpa prosesindəki uğurları qısqananlara ünvanlanmış tutarlı bir mesajdır. Müharibə günlərində olduğu kimi, Türkiyə bütün gücü və potensialı ilə hər zaman Azərbaycanın yanındadır. Rəcəb Tayyib Ərdoğan həmin jesti ilə maraqlı dairələrə göstərdi ki, onların xəbis niyyətləri və təzyiq cəhdi mənasız vaxt itkisindən başqa bir şey deyil.
Xüsusilə vurğulamalıyıq ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri ən yüksək səviyyədə olmaqla bərabər, özünün ən qürurverici anlarını yaşayır. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olunmasına mühüm töhfələr verir. Eyni zamanda, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyə münasibətlərinin inkişafından keçir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc və inam verdi. Tariximizin ən önəmli anlarında Azərbaycan və Türkiyə bir yerdə oldular. Vətən müharibəsindən sonra torpaqlarımızın erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərlərinin Azadlıq meydanında çiyin-çiyinə addımlaması, 2021-ci ildə də Zəfər paradında iki ölkənin dövlət başçılarının birlikdə olması qardaşlığın rəmzi, birliyin təntənəsi idi.
Ən əsası, Tarixi Şuşa Bəyannaməsindən sonra rəsmən strateji müttəfiqlik zirvəsinə ucalan Türkiyə-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir.
Vüqar Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl rayon İcra Hakimiyyəti ərazi partiya təşkilatının üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər