Mobil versiya
Samuxda yeni beton kanal çəkilir. -Fotolar
Tarix: 24-10-2022 | Saat: 10:47
Bölmə:İqtisadiyyat | çapa göndər

Samuxda yeni beton kanal çəkilir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AİA.Az-a bildirib ki, Samux Suvarma Sistemləri İdarəsi, rayonun 28266 hektar suvarılan torpaqlarına xidmət edir. İdarənin balansında 574 ədəd subartezian quyusu, 26 ədəd isə nasos stansiyaları mövcuddur. Əkin sahələrinin suvarılması üçün uzunluğu 726 km-dən uzun olan təsərrüfatdaxili və təsərrüfatarası kanallardan istifadə olunur. Bundan 65 km təsərrüfatlarası, 658 km təsərrüfatdaxili kanallardır. Balansda 3 km suötürücü kanal, 63 ədəd hidrotexniki qurğu, 39 ədəd körpü-keçid, 61 ədəd suölçən qurğu, 14,5 km drenaj kanalları var. Su itkisinin qarşısının alınması, suvarma suyunu daha səmərəli olaraq fermerlərə çatdırılması üçün rayon ərazisində yerləşən torpaq məcralı kanalın beton üzlüyə alınmasına başlanılıb. Hazırda idarənin maşın-mexanizmləri və işçi heyəti tərəfindən təxirəsalınmaz işlər aparılır.
Samux Suvarma Sistemləri İdarəsi tərəfindən kanallarda lildən, çaylarda isə məcra təmizləmə işləri və selə qarşı tədbirlər də davam edir. Bundan başqa boru xətlərinin və hidrotexniki qurğuların təmiri, cari və əsaslı təmiri həyata keçirilir. 2022-ci ilin əvvəlindən indiyədək 98 ədəd nasos, 7 ədəd elektrik avadanlığı təmir edilib. Hazırda kanaldan sahələrə suyun verilməsi üçün işçilər tərəfindən növbələr tutulub, daim kanallara nəzarət olunur. Əlavə olaraq kanallarda əl ilə lildən təmizləmə işləri də aparılır. Kanallar tam işlək vəziyətə salınır, su itkisinin qarşısının alınması üçün tədbirlər görülür. Çaylardan gələn sel sularının qarşısının alınması üçün cari il ərzində Gəncə çayında, Qabırrı çayında, Qoşqar çayında da torpaq işləri görülüb.
Qeyd edək ki, Samux rayonu ərazisində 10346 ha taxıl bitkisi, 770 ha xəsil səpilib ki, idarə tərəfindən görülən tədbirlər nəticəsində suvarma suyunda çətinliklər yaranmayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024