Mobil versiya
Energetika naziri Göyçayda vətəndaşları qəbul edib
Tarix: 21-10-2022 | Saat: 16:30
Bölmə:İqtisadiyyat | çapa göndər

Energetika naziri Göyçayda vətəndaşları qəbul edib

AİA.Ax xəbər verir ki, Energetika naziri Pərviz Şahbazov Göyçay rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Qəbul zamanı vətəndaşlar elektrik enerjisi təchizatı, elektrik enerjisi verilişinin keyfiyyəti, elektrik xətti, qurğu və avadanlıqlarının istismar vəziyyəti, şəbəkəyə qoşulma, işlə təminat və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.
Nazirliyin müvafiq struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün lazımi tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydə alınıb.
Qəbulda Göyçay, Ucar, Bərdə və Şəki rayonlarından olan 14 vətəndaş iştirak edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024