Mövqeyimiz aydın və dəqiqdir
Tarix: 19-10-2022 | Saat: 10:19
Bölmə:Media | çapa göndər
Prezident İlham Əliyevin Qırğızıstana ilk dövlət səfəri, səfər çərçivəsində keçirilən görüşlər, Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafına xidmət edən mühüm hadisələr bu gün də ölkə mətbuatında geniş müzakirə olunmaqdadır. Möhkəm təmələ əsaslanan siyasət hər zaman davamlı uğurlara yol açır. Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlar göz qabağındadır. Bugünkü hadisələrdən Azərbaycanın türk dünyasının birliyinə töhfələri də özünü qabarıq şəkildə büruzə verir. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında bu əsas məqam da xüsusi yer tutur ki, birliyimizdən çox şey asılıdır. Bu dostluq, qardaşlıq əlaqələrinin möhkəmliyi, sarsılmazlığı faktlar əsasında diqqətə çatdırılır. Cari ildə həm Qırğızıstan Prezidentinin Azərbaycana, həm də Prezident İlham Əliyevin Qırğızıstana səfəri türk dünyasının birliyinə bir çağırışdır. İki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb ki, bu da münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Bu gün bu Bəyannamənin necə icra olunduğunu məmnunluqla qeyd edirik. Çünki yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. İki ölkənin Prezidentləri mədəni-humanitar əməkdaşlıqdan, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətdən geniş bəhs edərək diqqəti, eyni zamanda, təhsilə, yeni texnologiyalara və bu sahədə hər iki ölkənin malik olduğu imkanlara yönəltdilər. Təhsilin, yeni texnologiyaların inkişafı bütün dövrlər üçün aktualdır. Dövlət başçısı İlham Əliyev bu məqama da diqqəti yönəltdi ki, Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir və biz bu sahədə qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarını müəyyən etmişik. Ümumiyyətlə, gələcək əməkdaşlığın əsas hədəfi konkret nəticələrin əldə olunmasıdır. Bakıda iki ölkə arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanmasından ötən bu qısa müddətdə Azərbaycan Prezidentinin Qırğızıstana səfəri deyilənləri təsdiqləyir. Qırğızıstan Prezidentinin “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Bişkekdə qarşılamaq mənim üçün böyük sevincdir. Bu, onun Qırğız Respublikasına birinci dövlət səfəridir. Çox şadam ki, mənim Bakıya səfərimdən yarım il sonra hörmətli İlham Heydər oğlu Qırğızıstanla Azərbaycan arasında dövlətlərarası münasibətlərin möhkəmliyini bir daha sübut edən cavab səfəri edir” fikirlərinin davamı olaraq cənab İlham Əliyev bildirdi ki, Sadır Nurqojoyeviçin qeyd etdiyi kimi, cəmi yarım il bundan əvvəl biz onu Bakıda qəbul etmişdik, bu gün mən Bişkekdəyəm: “Bu, onu göstərir ki, biz nəzərdə tutduqlarımızı daha tez həyata keçirmək niyyətindəyik. Bir qayda olaraq, cavab səfərləri bir ildən tez baş tutmur. Bizim halda bu, yarım il çəkdi. Bu, məhz onu nümayiş etdirir ki, biz nəticələrə hədəflənmişik.” Qarşılıqlı səfərlər münasibətlərin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Müzakirə edilən məsələlər, yeni yanaşmaların ortaya qoyulması əlaqələri daha da inkişaf etdirir. Hazırda postmünaqişə dövrünün reallıqlarını yaşayırıq. Bu reallıqların düzgün təhlili və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində Azərbaycan dövlətinin atdığı addımlar göz qabağındadır. Bu reallıqların müzakirə olunduğu platformalardan biri də bu günlərdə Qazaxıstanda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı və MDB Dövlət Başçıları Şurasının iclası oldu. MDB Dövlət Başçıları Şurasının iclasında münaqişədən sonrakı vəziyyətin müxtəlif cür inkişaf etdiyini bildirən cənab İlham Əliyev qeyd etdi ki, buna görə də həmkarlarımı son dövrlər ərzində baş verənlərlə bağlı məlumatlandırmaq istərdim. Ermənilərin törətdikləri təxribatları əsaslı şəkildə diqqətə çatdıran Müzəffər Ali Baş Komandan İlham Əliyev ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə diqqəti yönəldərək bildirdi ki, Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib: “Bizim mövqeyimiz aydındır, dəqiqdir. Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib.”
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər