AZAL uçuşların qabaqcıl peyk müşahidə sistemini tətbiq edir
Tarix: 18-10-2022 | Saat: 17:48
Bölmə:İqtisadiyyat | çapa göndər
AZAL Azərbaycanın hava məkanında real vaxt rejimində hava hərəkətinin idarə olunmasına (HHİ) dair yüksək tələblərə cavab verən “Aireon” peyk sistemi vasitəsilə təyyarə uçuşlarının qlobal müşahidə sistemini tətbiq edəcək.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu qabaqcıl yenilik aerokosmik sahədə qlobal təkamül prosesləri çərçivəsində innovativ texnologiyaların üstünlüklərindən tam istifadə edilməsinə imkan yaradacaq.
2022-ci il oktyabrın 18-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovla “Aireon” şirkətinin prezidenti və baş icraçı direktoru Don Toma arasında ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hugo Qevarın iştirakı ilə sözügedən sistemin tətbiqinə dair saziş imzalanıb.
Azərbaycanın hava məkanından keçərkən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən xidmət göstərilən tranzit uçuşların sayının ikiqat artdığı bir zamanda mövcud sistemin tətbiqi daha da önəmlidir. Hər gün AZANS 550-yə yaxın hava gəmisinə aeronaviqasiya xidmətlərini təqdim edir. Bu isə pandemiya dövrünədək olduğundan daha yüksək göstəricidir.
“Aireon” hava hərəkətini peyk idarəetmə sistemi uçuşların təhlükəsizliyi və effektivliyini radikal şəkildə optimallaşdıracaq həll təklif edir, eyni zamanda aviaşirkət üçün real vaxt rejimində reyslərin qlobal izlənməsini təmin edəcəkdir. Bu sistemin tətbiq edilməsi və tam istifadəsi ADS-B avadanlıqları ilə təchiz olunmuş təyyarələrin müşahidə edilməsini təmin etməklə yanaşı, daha əlverişli marşrut və yüksəklikləri seçməyə imkan yaradacaqdır”, - deyə AZAL prezidenti Cahangir Əsgərov bildirib.
Beləliklə, bu sistem Azərbaycanın hava məkanında marşrutların iqtisadi effektivliyi və ekoloji təhlükəsizliyini təkmilləşdirməyə, yanacaqdan az istifadə etməyə və atmosferə zərərli tullantıların atılmasının minimuma endirilməsi ilə daha optimal marşrutlarla uçuşları planlaşdırmağa imkan yaradacaq. Eyni zamanda, bu sistem Azərbaycan aviaşirkətlərinə mənsub təyyarələrin dünyanın istənilən nöqtəsində uçuşları haqqında operativ məlumatların alınmasına da əlverişli şərait yaradacaq.
“AZAL regionda aviadaşımaların effektivliyi və təhlükəsizliyi sahəsində aparıcı rol oynayır”,- deyə “Aireon” şirkətinin prezidenti Don Toma vurğulayıb.
“Azərbaycanda kosmik texnologiyaların inkişafına rəhbərlik etmək istəyinə əsaslanaraq AZANS, “Aireon” şirkətinin ADS-B kosmik müşahidələrinin məlumatlarının Azərbaycanın hava məkanında istifadəsini tətbiq etməyə razılıq verməklə mühüm texnoloji addım atıb. “Aireon” şirkətinin məlumatları hava hərəkətini bilavasitə idarə edən dispetçerləri effektiv, təhlükəsiz və ekoloji cəhətdən təmiz müasir aeronaviqasiya xidmətləri ilə təmin etməklə AZANS-a Azərbaycanın hava məkanı haqqında tam təfərrüatlı məlumat təqdim edəcək”.
ABŞ-ın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara tədbirdə çıxış edərək deyib:
“Bu tədbir aerokosmik sahəsində olan tərəfdaşlığımızı vurğulayır. Mən müxtəlif iqtisadi sektorlarının Azərbaycanda uğur qazanmalarına sevinirəm. Birləşmiş Ştatların şirkətləri dünyanın müxtəlif ölkələrinə ən müasir xidmət və texnologiyaları təqdim edir. Bizim şirkətlərin yaxşılar sırasında ən yaxşı olmalarını bəyan etməkdən qürur duyuram. Hesab edirəm ki, AZAL ABŞ texnologiyalarını və təhlükəsiz təchizatçılarını seçməklə müdrik qərar verib”, – Hüqo Qevara qeyd edib.
Onu da bildirək ki, “Aireon” – “Iridium Communications Inc” peyk rabitə operatoru, “Nav Canada” şirkəti (Kanada Aeronaviqasiyası), NATS (Böyük Britaniya Aeronaviqasiyası), ENAV (İtaliya Aeronaviqasiyası), “Naviair” (Norveç Aeronaviqasiyası) və İrlandiya Aviasiya İdarəsi ilə əməkdaşlıq edir. Şirkət, ADS-B peyk əsaslı avtomatlaşdırılmış kosmik asılı müşahidə şəbəkəsindən istifadə etməklə dünyada hava gəmilərinin real zaman rejimində ilk peyk müşahidə sistemini işləyib hazırlayıb.
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən rəsmi dəstək almış “Aireon” tarix boyu hava müşahidəsi üzrə ilk sertifikatlı təminatçıdır. 2017-ci ilin yanvar ayından 2019-cu ilin yanvar ayınadək “Space-X Falcon 9” raketlərində müvəffəqiyyətlə yerinə yetirilmiş “İridium NEXT” peykinin buraxılışı “Aireon” texnologiyasının əsasını təşkil edir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024