Mobil versiya
Sosial- İqtisadi Kollecdə dəyirmi masa kecirildi -Fotolar
Tarix: 17-10-2022 | Saat: 15:34
Bölmə:Təhsil | çapa göndər

Sosial- İqtisadi Kollecdə dəyirmi masa kecirildi

AİA.Az xəbər verir ki, bu gün UNEC nəzdində Sosial- İqtisadi Kollecdə Dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümü ilə bağlı dəyirmi masa keçirilmişdir. Kollecin metodisti, tarix müəllimi Sveta Behbudovanın təşkilatçılığı ilə keçirilən tədbirdə müstəqilliyə geden şərəfli yoldan söhbət açıldı. O, bildirdi ki, XX əsrdə iki dəfə istiqlaliyyət qazanmış Azərbaycan çox çətin tarixi dövrdən keçmişdir. 80-ci illərdən başlayaraq baş verən siyasi gedişatlar, struktur dəyişikliyi, iqtisadi tənəzzül, mənəvi boşluq, kommunist ideologiyasının iflası Azərbaycanda milli öznüdərki yenidən alovlandırdı. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu və bununla da, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etdi.
Sveta Behbudova bildirdi ki. yeni yaranmış dövləti qoruyub saxlamaq çox çətin idi. Belə bir çətin şəraitdə xalqın tələb və çağırışı ilə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev respublika daxilində sabitliyi təmin etdi. Azərbaycanın tərəqqisinə doğru çox mühüm islahatlara imza atdı. Dünya dövlətlərinin ölkəmizə marağını artırdı.
Bu gün Azərbaycan Heydər Əliyevin qoyduğu prinsiplər və cızdığı xətlər üzrə iri addımlarla yoluna davam edir. Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət uğurla inkişaf edir. Dövlətimizin və şəxsi nüfuzunun dünyada gündən günə artması onun apardığı uğurlu siyasətinin bariz nümunəsidir.
Daha sonra kollecin tarix müəllimi Qələndər Muxtarlı çıxış edərək bildirdi ki, müasir Azərbaycan Respublikası 1918-ci il, 28 mayda istiqlaliyyətini elan etmiş Xalq Cümhuriyyətinini varisidir və Azərbaycan Xalq Cümhuriyyəti elan olunmuş ərazilərdə suverenliyini bərpa etmiş bir dövlətdir. Onun sözlərinə görə tarixi Azərbaycan torpaqları indiki dövlətin sərhədlərindən daha geniş bir əraziyə malik olub. Sovet imperiyasınını apardığı mənfur siyasət nəticəsində ərazilərimizin qoparılaraq digər dövlətlərin ərazisinə qatıldı. Cənubda geniş bir ərazi İranın işğalı altına keçdi. Dəmir qapı Dərbənd və ona bitişik torpaqlar Rusiyaya, Borçalı mahalı Gürcüstana verildi. Qərbi Azərbaycan isə Ermənistana verildi. “Bu gün dövlət başçımız İlham Əliyevin israrla tələb etdiyi ərazi iddiası vaxtilə Azərbaycandan qoparılaraq ermənilərə birləşdirilmiş tarixi torpaqlarımızdır. Bu haqq səsimizi bütün dünyaya eşitdirmək bizim mənəvi borcumuzdur.”- deyə vurğuladı.
Kollecimizin direktoru Vidadi Orucov çıxış edərək bildirdi ki, müstəqilliyimizi əldə etmək heç də asan başa gəlmədi. Soydaşlarımızın qanı bahasına qurduğumuz bu dövlətin hər bir vətəndaşı bu gün özünü daha güvənli, daha şərəfli hiss edir. Ölkə prezidentinin apardığı daxili və xarici siyasət Azərbaycan dövlətinin və xalqının mənafeyinə hesablanmış bir siyasətdir. “Bu gün dünya dövlətləri Azərbaycan hökuməti ilə hesablaşır. Azərbaycanın diqtəsi ilə bir çox məsələlər həllini tapır. Bütün bunlar Ali Baş Komandanın siyasətinin perspektiv inkişafının nəticəsidir”.
Kollecin müəllimi Natiq Musayev müstəqilliyik uğrunda canından keçən hər kəsə rəhmət diləyərək müstəqilliyimizin əbədi və bölünməz olduğunu bildirdi.
Cıxışlar birdikdən sonra dəyirmi masa iştirakcıları Dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümü ilə bağlı müzakirələr apardılar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-12-2024