Sumqayıt melioservis idarəsi tərəfindən meliorativ tədbirlər aparılır -Fotolar
Tarix: 17-10-2022 | Saat: 09:34
Bölmə:İqtisadiyyat | çapa göndər
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AİA.Az-a bildirib ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Sumqayıt Melioservis İdarəsi ölkənin bir çox rayonlarında meliorativ tədbirlərini davam etdirir. İdarənin gördüyü işlərdən biri də İmişli rayonu ərazisindən keçən Rəsul Arx kanalında həyata keçirilir. Kanal başlanğıcını Yuxarı Qarabağ kanalından götürür. İmişli və Saatlı rayonları ərazisində 19 min hektardan artıq əkin sahəsinin suvarılmasına xidmət edən kanalın uzunluğu 51 km-dən artıqdır. Kanalın lil və kol-kosdan təmizlənməsilə suyun sürətli və maneəsiz axını təmin edilir. Bundan başqa idarə tərəfindən Rəsul Arx kanalı ilə bərabər Baş Muğan kanalı və Köhnə Cənubi Muğan kanallarında da bu işləri paralel olaraq aparılır.
Qeyd edək ki, Sumqayıt Melioservis İdarəsi respublikanın 10 rayonunda- Qazax, Şəmkir, Tovuz, Salyan, Neftçala, İmişli, Qusar, Xızı, Goranboy və Kürdəmir rayonlarında kanalların lildən təmizlənməsi və təmir işlərini həyata keçirir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-12-2024