MDB ölkələrinin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 43-cü iclası keçirilib - FOTOLAR
Tarix: 14-10-2022 | Saat: 15:33
Bölmə:İqtisadiyyat | çapa göndər
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri iclasda iştirak edib
Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 43-cü iclası keçirilib. İclas bu il Rusiya Federasiyasının Kazan şəhərində baş tutub. Toplantıda Rusiya Federasiyası, Azərbaycan, Belarus, Özbəkistan, Ermənistan, Qazaxıstan və Türkmənistan Respublikalarının nümayəndə heyətləri iştirak edib. Azərbaycan Respublikası adından Şuraya üzv olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu iclasda Komitənin sədr müavini Dövlətxan Dövlətxanov və digər vəzifəli şəxsləri tərəfindən təmsil olunub.
İclasda üzv dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinin və bu sahədə əldə edilmiş təcrübə mübadiləsinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Gündəliyə daxil olan bir sıra məsələlər, o cümlədən şəhərsalma və tikinti sahəsində aktual problemlər və onların həlli yolları, tikintidə texniki tənzimləmə, qiymətqoymada resurs metodunun tətbiqi kimi mövzularda fikir mübadiləsi aparılıb, müvafiq qərar layihələri hazırlanaraq yekdilliklə qəbul edilib. Həmçinin Şura Katibliyinin Əsasnaməsi, Texniki tənzimləmə problemləri üzrə Baza təşkilatının və Şuranın nəzdində fəaliyyət göstərən komissiyaların iş planları da müzakirə edilərək təsdiq olunub.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 42-ci iclası ötən il Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrliyi ilə təşkil edilib. Şəhərsalma siyasətinin əsas istiqamətləri, inşaat materialları sənayesinin inkişafı, tikintidə enerjiyə qənaət və bərpa olunan enerji mənbələrindən istifadə, şəhər infrastrukturunun təkmilləşdirilməsi, layihələndirmədə müasir texnologiyaların tətbiqi və digər birgə həyata keçirilə biləcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılıb.
Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının növbəti iclasının 2023-cü ilin yaz aylarında keçirilməsi planlaşdırılır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024