Mobil versiya
VƏDLƏR, HƏDƏFLƏR, REALLIQLAR...
Tarix: 14-10-2022 | Saat: 12:53
Bölmə:Özəl / Media | çapa göndər

VƏDLƏR, HƏDƏFLƏR, REALLIQLAR...

2003-cü il 15 oktyabr tarixində keçirilmiş prezident seçkilərdə xalq Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq İlham Əliyevə səs vermişdir. Müdrik xalqın müdrik seçimi idi bu addım. Bu gün fəxrlə geriyə boylanıb baxanda görürük ki, yeni əsrin əvvəllərində İlham Əliyevin ölkə rəhbərliyinə gətirilməsi tamamilə doğru seçim olub və bununla xalqımızın hazırkı xoşbəxt həyatının təminatı reallaşıb. Heydər Əliyev məktəbinin ən layiqli yetirməsi olduğunu sübut edən İlham Əliyev qısa bir arada Baş nazir postunda çalışdıqdan sonra, 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilib. Ölkəmizin müasir tarixinin qızıl səhifələrini yazıb, sözün əsl mənasında, dünya şöhrəti qazanıb.
Möhtərəm Prezidentimizin tərcümeyi-halının bütün sətirləri, həyat və fəaliyyətinin müxtəlif dövrləri, Vətənə, dövlətə və xalqa layiqli xidmət nümunəsidir. Cari əsrin ilk illərində Azərbaycan hələ suveren bir dövlət kimi yenicə dirçəlirdi. Ümummilli liderin tarixi xidmətləri sayəsində ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradılmış, müstəqilliyimiz dönməz, sarsılmaz xarakter almışdı. Bakı--Tbilisi--Ceyhan neft kəmərinin inşasında işlərin yarıya qədəri görülmüşdü. Böyük qaz ehtiyatı olan “Şahdəniz” yatağından hasilat yenicə əldə edilirdi. Bakı-Ərzurum qaz kəmərinin tikintisinə vəsaitlər cəlb olunurdu. Əsası qoyulan böyük işlərin təntənəsi qarşıda idi. Neft strategiyasının tərkib hissəsi ondan ibarət idi ki, bundan qazanılan gəlirlər Azərbaycan xalqına səmərəli şəkildə xidmət etsin. Bu məqsədlə Dövlət Neft Fondu yaradılmışdı. Tezliklə Azərbaycan öz iqtisadi potensialını inkişaf etdirəcək və ölkəmizin imkanları daha da artacaqdı. Qeyri-neft sektoru, sahibkarlıq, həyati əhəmiyyətli digər sahələr genişlənəcək, ordu quruculuğu sürətlənəcəkdi. Belə bir vaxtda İlham Əliyevin baş nazir postuna irəli çəkilməsi ölkəmizin etibarlı və uğurlu gələcəyinə hesablanmışdı. Zaman göstərdi ki, ulu öndərin Azərbaycan naminə daha böyük hədəfləri nəzərdə tutan siyasəti, inkişaf strategiyası son dərəcə dəqiq səciyyə daşımışdır. Bu gün həmin strategiya yeni dövrün – qloballaşan dünyanın böyük dövlət xadimi, tükənməz enerjili və təşəbbüskar bir şəxsiyyət olan cənab İlham Əliyevin qətiyyətli və cəsarətli siyasəti, eləcə də sarsılmaz dövlət-xalq birliyi sayəsində gerçəkliyə çevrilmişdir. İlham Əliyev yeni və müstəqil Azərbaycan uğrunda ağır mübarizələrdə dahi rəhbərin ən yaxın silahdaşı olmuş, həyata keçirilən bütün islahatlarda fəal iştirak etmiş, sərbəst iqtisadiyyatın qanunauyğunluqlarına mükəmməl yiyələnmişdir. O, Heydər Əliyev neft strategiyasının, gənclər siyasətinin hazırlanması və həyata keçirilməsində həlledici rol oynamışdır. O zaman İlham Əliyev həm təhsil səviyyəsinə, həm də konkret ictimai-siyasi fəaliyyət təcrübəsinə görə ən yüksək peşəkar kadr idi. Hökumət rəhbərliyinə gətirilənə qədər də peşəkar siyasətçi kimi dünya miqyasında hörmət və nüfuz qazanmışdı. Xarici səfərlərində, çoxsaylı beynəlxalq konfrans və konqreslərdə çıxış və məruzələri, ölkəmizin iqtisadi və siyasi maraqlarını qətiyyətlə müdafiə etməsi ilə seçilirdi. Hökumətin yeni rəhbəri həmin vəzifədə cəmi bir neçə ay çalışdı. Bu, bütün sahələrdə özünü təsdiqləmək üçün o qədər də böyük vaxt deyildi. Amma həmin müddət İlham Əliyevə kifayət etdi ki, özünün bəyan etdiyi kimi, Heydər Əliyev yolu ilə getdiyini, onun siyasət xəttinə sadiq olduğunu konkret fəaliyyəti ilə, gördüyü işlərlə sübuta yetirsin. Elə növbəti prezident seçkiləri ərəfəsində səhhətində problemlər yaranan ulu öndərin “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”, – deyə inamını bəyan etməsi cənab İlham Əliyevin qısa müddətdə etimadı layiqincə doğrultduğunun sübutu idi.
Yeri gəlmişkən, Cənab İlham Əliyevin qısa baş nazirliyi dövründən bəhs edərkən bir unudulmaz məqamı da vurğulamaq lazımdır ki, o, Azərbaycan Respublikasının BMT Baş Məclisinin sessiyasında nitq söyləyən ilk hökumət başçısı olmuşdur. 2003-cü ilin sentyabr ayında Baş Məclisin 58-ci sessiyasındakı həmin çıxışında BMT üzvlərinnin arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, Təhlükəsizlik Şurasının şəraitə uyğun, çevik və adekvat münasibət göstərə bilmədiyini qeyd edərək, təşkilat daxilində islahatların vacibliyini bildirmişdir. İlham Əliyev regional və beynəlxalq təhlükəsizliyə qarşı olan təhdidlərlə bağlı fikirlərini açıqlamış, dünyada сəгəуаn edən mürəkkəb proseslərdə BMT-nin yenidən strukturlaşmasını, onun perspektiv fəaliyyət strategiyasında əsaslı dəyişikliklər etməsi zərurətini önə çıxartmışdır. Azərbaycanın hökumət başçısının fıkrinсə, BMT Təhlükəsizlik Şurasında “həm bugünkü, həm də yarıməsrlik reallıqlar öz əksini tapmalı” idi. Azərbaycan Respublikası BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif etmişdir. Eyni zamanda, Şərqi Avropa dövlətlərindən birinin Təhlükəsizlik Şurasının üzvlüyünə qəbulunun vacibliyini bildirmişdir.
Bir neçə il sonra Azərbaycan Respublikasının dünyanın ən mötəbər qurumu sayılan BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsində, şübhəsiz ki, həmin çıxışın da böyük rolu olmuşdur. Bu, məhz İlham Əliyevin yürütdüyü uğurlu diplomatiyanın nəticəsində tariximizdə yaratdığı ilklərdən biri kimi çox önəmli faktdır. Özü də Azərbaycan üzvlük üçün səsvermədə tələb olunan 129 səsdən də çox – 155 səs qazanmışdır. Dövlətimizin və xalqımızın tarixində qürurverici hadisədir ki, respublikamız öz müstəqilliyinin 20-ci ilində artıq dünya siyasətini müəууən edən 15 ölkədən birinə çevrilmişdir. Həm də Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olmuşdur. Bu möhtəşəm nailiyyət dövlətimizin beynəlxalq nüfuzunu daha da artırmış, regionun lideri statusunu möhkəmləndirmişdir. Sonrakı dövrlərdə Azərbaycanın BMT TŞ-də sədrlik missiyaları da uğurlu keçmişdir.
Danılmaz həqiqətdir ki, yeni əsrin əvvəllərində Azərbaycan çətin sınaqlar dövrünü yaşayırdı. Geosiyasi vəziyyət gərgin idi. Ölkəmiz, hər tərəfdən, təzyiqlərlə üzləşən, zəngin sərvətlərinə hamının göz dikdiyi strateji bir məkan idi. Digər tərəfdən, ümumdünya tarixinin böyük şəxsiyyəti, bütün dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. Bu ağır itki xalqımızı, bütün Azərbaycanı sarsıtdı. Heydər Əliyevdən sonra hakimiyyət sükanını onun kimi əldə möhkəm saxlamaq, sərrast siyasi gedişlər etmək, müstəqilliyimizi, milli mənafeyimizi onun kimi qorumaq, çətin məqamlarda ən düzgün çıxış yollarını tapmaq, əlbəttə, asan məsələ deyildi. Ümummilli lider Azərbaycanı dünyanın qabaqcıl ölkələrindən birinə, güclü və qüdrətli bir dövlətə çevirmək istəyirdi. Hələ tamamlanmamış çox perspektivli layihələr, görüləsi işlər var idi. Yeni Prezidenti irəlidə çətin və çox ağır sınaqlar gözləyirdi. İlham Əliyev çox güclü tarixi şəxsiyyət olan Heydər Əliyevdən sonra hakimiyyətə başlayırdı.
Çiynini olduqca məsuliyyətli bir yükün altına verməyə hazır olan İlham Heydər oğlunun seçkiqabağı təşviqat mərhələsində səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam” fikri qısa müddətdə ona xalq arasında daha geniş populyarlıq, sonsuz inam və etibar qazandırdı. Elə həmin seçkilər ərəfəsində – 2003-cü il avqustun 15-də prezidentliyə namizəd, Baş nazir İlham Əliyev ABŞ-ın "Assoşieyted Press” agentliyinin müxbirinə müsahibəsində demişdi: “Ölkəmizin əksər vətəndaşları üçün də ən başlıcası indiki siyasətin davam etdirilməsi, indiki vəziyyətin qorunub saxlanmasıdır. Əgər bu gün məni bunun üçün lazımlı adam hesab edirlərsə, bu məsuliyyəti üzərimə götürməyə hazıram”. Əlbəttə, bu əminliyin arxasında Heydər Əliyev məktəbinin verdiyi güc, siyasi səriştə, möhkəm iradə və xalqın inamı dayanırdı.
Beləliklə, İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Xalqımız İlham Əliyevi özünə yeni əsrin yeni lideri seçməklə həm də Heydər Əliyevin dövlətçilik irsinə, onun siyasi kursuna sadiqliyini nümayiş etdirib. Prezident seçkilərində elektoratın 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.
Cənab İlham Əliyev 19 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Dünyada etibarlı tərəfdaş kimi tanınan ölkəmizlə münasibətlər quran, əməkdaşlıq edən dövlətlərin sayı daha da artıb. Eyni zamanda, Azərbaycanın təşəbbüsü ilə müxtəlif formatlarda əlaqələr qurulur və inkişaf etdirilir.
Qeyd edək ki, 2020- ci il sentyabrın 27 –də Azəbycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə reallaşan 44 günlük zəfər yürüşü sayəsində əzəli torpaqlarımız – Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub. Ölkəmizin ərazi bütövlüyü təmin edildi. Hazırda azadlığına qovuşmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Artıq “ağıllı kənd” konsepsiyasının ilk nümunəsi olan Zəngilanın Ağalı kəndinə 41 ailə köçürülüb. Tezliklə digər ərazilərə də keçmiş məcburi köçkün soydaşlarımızın qayıdışı reallaşacaq.
Ən əsası, Azərbaycanda həyatın bütün sahələrində fundamental dəyişikliklərin baş verdiyi ötən illər ərzində xalqımız daim öz liderinə güvənib, ona güclü dayaq olub. Ölkəni və xalqı zirvələrə aparan lider İlham Əliyev bu tərəqqidən bəhs edərkən hər zaman böyük fəxrlə bildirir ki, uğurların kökündə sağlam ictimai-siyasi mühit, xalq-iqtidarın birliyi dayanır. Zəfərlərimizin ali bayraqdarı isə həyatı İlahi bir qüdrətlə kodlaşdırılan, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, daim öz xalqı ilə nəfəs alan yüksək rasional enerjili liderdir.

Məryəm RƏHİMOVA,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə 1 nömrəli ərazi partiya təşkilatın üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə