Mobil versiya
Məşhur ifaçıdan izləyicilərinə mesaj: “Həyata gülümsə”
Tarix: 14-10-2022 | Saat: 12:13
Bölmə:Şou-biznes | çapa göndər

Məşhur ifaçıdan izləyicilərinə mesaj: “Həyata gülümsə”

Oktyabrın 14-də məşhur kamança ifaçısı Anar Yusub yeni klipini təqdim edəcək.

aia.az xəbər verir ki, “Həyata gülümsə” (“Smile at life”) adlı musiqimüəllifi Anar Yusub və Tərlan Məmmədhüseynov, aranjiman isə Elnur rdy aiddir.
Paytaxtın müxtəlif məkanlarında çəkilən ekran əsərinin rejissoru ifaçı Anar Yusub, operator Şahmar Səfəroğlu, montaj Əlizahab Quliyevdir.

Anar Yusub saytımıza açıqlamasında bildirib ki, hər bir insanın həyatında bir çox problemləri olur: “Kimisi ailə, iş, kimisi isə səhhəti ilə bağlı çətin məqamlar, anlar yaşayır. Bütün bunlara baxmayaraq, həyatı, yaşamağı, insanları sevək və bacardığımız qədər bu cür durumlarda gülümsəməyi öyrənək”.

İzləyicilərə “yaşanan hər şeyə rəğmən həyatı sev və gülümsəməyi unutma” mesajını verən ekran əsərinin böyük marağa səbəb olacağı gözlənilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024