Mobil versiya
Energetika naziri ilə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak arasında görüş olub -Foto
Tarix: 12-10-2022 | Saat: 20:51
Bölmə:İqtisadiyyat | çapa göndər

Energetika naziri ilə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak arasında görüş olub

AİA.Az xəbər verir ki, Energetika naziri Pərviz Şahbazov Moskvada “Rusiya Enerji Həftəsi” çərçivəsində Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakla görüşüb.
İki ölkə arasında müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin bütün sahələrdə inkişafından məmnunluq ifadə edilib. Enerji əməkdaşlığının ikitərəfli münasibətlərdə mühüm rolu qeyd olunub.
Görüşdə Azərbaycan və Rusiya arasında enerji sahəsində ikitərəfli əlaqələrin inkişafına və “OPEC plus” formatı çərçivəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib. Elektrik enerjisi, bərpa olunan enerji, eləcə də neft-qaz üzrə enerji əməkdaşlığının genişləndirilməsi perspektivləri nəzərdən keçirilib. Həmçinin Şimal-Cənub elektrik enerjisi dəhlizinin yaradılması istiqamətində görülən işlərlə bağlı da fikir mübadiləsi aparılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024