Mobil versiya
Görülmüş işlər və aparılan islahatlar sayəsində YAP regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir. -Fotolar
Tarix: 12-10-2022 | Saat: 17:37
Bölmə:Media | çapa göndər

Görülmüş işlər və aparılan islahatlar sayəsində YAP regionun ən güclü və nüfuzlu siyasi təsisatına çevrilmişdir.

AİA.Az xəbər verir ki, 2022-ci ilin 11-12 oktyabr tarixlərində Daşkəsən şəhər Uşaq İncəsənət məktəbi, Uşaq Gənclər İdman Şahmat məktəbi,Çanaqçı, Alaxançallı, Qaraqullar kənd ərazi, Gəncə-Daşkəsən regional Təhsil idarəsinin Daşkəsən rayonu üzrə Təhsil sektoru , Daşkəsən rayon Uşaq Gənclər İnkişaf Mərkəzi, Zahir Bağırov, İmadəddin Nəsimi, Anar Mürsəlov​ və Səməd Vurğun adına ərazi partiya təşkilatlarında partiyamızın yaranmasının 30 illiyi münasibətilə yığıncaqlar və görüşlər keçirildi.​ ​ ​ ​
​ ​ ​ ​ ​
Bütün yığıcaqlarda Ümummilli Lider, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi.
Yığıncaqlarda iştirak edən YAP rayon təşkilatının sədri Meydanəli Yolçiyev və aparatın digər işçiləri amalı yaratmaq, məramı qurmaq, məqsədi xalqına xidmət etmək olan Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, onun siyasi varisi ölkə Prezidenti,Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti və xalqı yumruq kimi öz ətrafına birləşdirərək 44 günlük müharibədə torpaqlarımızın işğaldan azad olunmasından söhbət açdılar.Eyni zamanda cənab İlham Əliyevin Qırğızıstan səfərindən, orada keçirdiyi görüşlərdən və imzalanan sənədlərin çox mühüm əhəmiyyəti barədə yığıncaq iştirakçılarına geniş məlumat verildi.
​ ​ ​ ​ ​ ​ ​
Yığıncaqlarda onlarla Daşkəsən sakini partiya sıralarına qəbul olunmaq və onlarla partiya üzvü qeydiyyatının dəyişdirilməsi ilə bağlı ərizə ilə müraciət etdilər



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024