Kollecin şəhid məzunu Heydərin xatirəsi doğum günündə yad edildi -Foto
Tarix: 10-10-2022 | Saat: 17:38
Bölmə:Media | çapa göndər
AİA.Az xəbər verir ki, 10 oktyabr tarixi Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin şəhid məzunu Heydər Ağahüseyn oğlu Qənbərzadənin 25-ci doğum gününə təsadüf edir. 44 günlük Vətən müharibəsində, II Qarabağ savaşında düşmən tapdağında olan əzəli dədə-baba torpaqlarımızın ermənilərdən geri alınması uğrunda ölüm-dirim savaşına qatılan Heydər Qənbərzadə 2020-ci ilin 8 noyabr tarixində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
10 oktyabr 2022-ci il tarixində Lənkəran rayonunun Cil kəndində şəhid Heydər Qənbərzadənin 25-ci doğum günü ilə bağlı mərasim keçirildi. LDU nəzdində Sosial və Aqrar-Texonoloji Kollecin direktor vəzifəsini icra edən Leyla İbrahimova, tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Rzayeva, direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, psixoloq Zülfiyyə Əliyeva, Kollecin müharibə iştirakçısı olan əməkdaş və tələbələrindən Mayis Hüseynli, Hüseyn Zeynallı, Məhəmməd Hüseynzadə, şəhidin atası Ağahüseyn Qənbərov, qardaşı Əli Qənbərzadə şəhidin kənd qəbristanlığındakı məzarını ziyarət etdilər. Sonra şəhidin ev-muzeyində Heydər Qənbərzadənin ailə üzvləri, doğmaları ilə görüşən LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin direktor vəzifəsini icra edən Leyla İbrahimova şəhidin ruhuna bir daha rəhmət, valideynlərinə Allahdan səbr diləyib. Müəllimlərdə şəhidin Azərbaycanın fəxri olduğunu, xatirələrinin yaddaşlarda əbədi yaşayacaqlarını bildiriblər.
Şəhidin atası Ağahüseyn Qənbərov oğlunun xatirəsini yad etdiklərinə görə Kollecin əməkdaşlarına ailə üzvləri adından minnətdarlıq edib, vətənə dar gündə sipər olan oğlu ilə qürur duyduğunu qeyd edib.
Xatırladaq ki, LDU nəzdində Sosial və Aqrar-Texonoloji Kollecin şəhid məzunu Qənbərzadə Heydər Ağahüseyn oğlu 10 oktyabr 1997-ci ildə Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. Orta təhsilini Cil kənd tam orta məktəbində aldıqdan sonra 2013-cü ildə Lənkəran Dövlət Humanitar Kollecinə qəbul olmuşdur. 2017-ci ildə Kollecin “Fiziki tərbiyə müəllimliyi” ixtisasını müvəffəqiyyətlə bitirmişdir. 2017-ci ilin iyul ayından həqiqi hərbi xidmət keçən Heydər Qənbərzadə Pulemyotçu-tuşlayıcı vəzifəsində 44 Günlük Vətən Müharibəsi başlayandan döyüşlərə qatılmış, Füzuli, Hadrut, Zəngilan, Cəbrayıl, Qubadlı və Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş, 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qənbərzadə Heydər Ağahüseyn oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən Uğrunda”, “Şuşanın azad olunması uğrunda” medalları ilə təltif edilmişdir. Şəhidin qardaşı Əli Qənbərli də hərbçidir və hal-hazırda xidmətini davam etdirir. Şəhidlər ölməz, unudulmazdır! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.
Allah şəhidlərimizi rəhmət eləsin!
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024