Mobil versiya
"Mənə enerjili adamlar lazımdır" - Röyadan qalmaqallı açıqlama
Tarix: 09-10-2022 | Saat: 10:12
Bölmə:Şou-biznes | çapa göndər

"Mənə enerjili adamlar lazımdır" - Röyadan qalmaqallı açıqlama

"Bəziləri arada yazır ki, hanı köhnə mahnılar? Bilirsiz nə vaxt gələcək? Gözəl stress keçirən, sevən, qaynağın olmayacağı, dırnağın özününkü olan, orana-burana qaş düzdürməyəcəyin vaxt gələcək".

AİA.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan sosial şəbəkədə paylaşdığı videoda deyib. Müğənni yeni mahnılarını bəyənməyənlərə cavab verib:

"Biz hər gün böyüyürük, niyə keçmişdə qalırıq? Köhnə mahnılar... Köhnə mahnını oxuyub Röya olmuşam. Adıma görə qazanıram. Əvvəl qazancımı adıma qoyurdum, bu gün adımla qazancı geri qaytarıram. Hər gün çıxan mahnının bir adı, sosial problemi var. Adama deyərlər, niyə keçmişdə qalırsan? Sən keçmişdə qalmırsan, mən qalmalıyam? Mənə qulaq asanlar bilir ki, lirikanın anasıyam. Amma insanların xoşbəxt günlərinə dəvət alıram. Mənə şən musiqilər, enerjili adamlar lazımdır. Bütün gecəni lirik mahnı oxuya bilmərək ki..."



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024