Azərbaycan - Bolqarıstan münasibətləri uğurla inkişaf etməkdədir.
Tarix: 07-10-2022 | Saat: 21:23
Bölmə:Media | çapa göndər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqlara uyğundur və hər iki tərəf bu istiqamətdə iradə nümayiş etdirir. Bu gün ölkələrimiz enerji sahəsində də uğurlu əməkdaşlıq edir. Azərbaycan-Bolqarıstan münasibətlərində enerji məsələləri üstünlük təşkil etsə də, hər iki dövlət qeyri-enerji sahəsində, o cümlədən, nəqliyyat, sənaye, ticarət, kənd təsərrüfatı, informasiya texnologiyaları və turizm sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Bununla əlaqədar, Azərbaycan ilə Bolqarıstan arasında ticarət mübadiləsinin diversifikasiyası və qarşılıqlı sərmayə imkanlarının artırılması istiqamətində də işlər aparılır. Belə ki, energetika sahəsi Azərbaycan-Bolqarıstan münasibətlərinin iqtisadi bünövrəsini təşkil edərək ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm zəmin təşkil edir.
Xüsusilə qeyd edilməlidir ki, Bolqarıstanda hazırda təbii qaz qiymətlərinin kəskin qalxması ilə bağlı vəziyyətin olduqca ciddi olduğunu nəzərə alaraq, strateji tərəfdaş və dost ölkə olaraq Azərbaycan hər zaman mövcud imkanlar çərçivəsində Bolqarıstana öz yardımını əsirgəməyib. Yeri gəlmişkən, Azərbaycanla Bolqarıstan arasında hələ 2015-ci ildə strateji tərəfdaşlıq haqqında birgə bəyannamə qəbul edilib. Bu bəyannamədə əksini tapan tərəfdaşlıq istiqamətləri ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın, eləcə də ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün yeni imkanlar açmışdır. Şübhəsiz ki, bu kontekstə enerji sahəsindəki əməkdaşlıq prioritet təşkil edir. Hazırda Azərbaycanın həyata keçirdi Cənub Qaz dəhlizi, TANAP və TAP layihəsi bu sahədə ən etibarlı təchizat körpüsüdür. Ona görə də Azərbaycan Prezidenti qeyd etdi ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, həm də Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaq. Öz növbəsində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyəti var. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaq.
Qey edək ki, Energetika sahəsindən sonra nəqliyyat sahəsi iki ölkə arasında əməkdaşlıq üçün digər mühüm prioritet sahə təşkil edir. Əlverişli coğrafi yerləşməyə malik olan Azərbaycan və Bolqarıstan Avropa ilə Asiya arasında beynəlxalq yükdaşımaların təşviqi baxımından aparıcı rol oynaya bilər. Ölkələrimiz arasında bu sahədə də əməkdaşlıq uzunmüddətli əlaqələrə əsaslanır. Cari ildə Azərbaycanla Bolqarıstan arasında tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artıb. Gələcəkdə bu rəqəmin daha da böyük olması üçün Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gəlib. Eyni zamanda Bolqarıstan şirkətlərinin Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacağı da gözləniləndir. Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri strateji xarakter daşıyan əlaqələrin inkişafı baxımından olduqca mühümdür. Səfər çərçivəsində tərəflər arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsinin aparılması xüsusi əhəmiyyətə malikdir.
Ən əsası, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Bu səbəbdəndir ki, dünyanın bir çox ölkələri Azərbaycanla əlaqələrin daha da genişləndirilməsinə maraqlıdır. Son illərdə Azərbaycan-Bolqarıstan münasibətləri də uğurla inkişaf etməkdədir.
İlkin Rzayev,
YAP Göygöl rayon təşkilatı üzrə Toğanalı kənd ərazi partiya təşkilatının sədr müavini
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024