Ceyhun Binnətov: Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deməkdədir
Tarix: 07-10-2022 | Saat: 16:14
Bölmə:Media | çapa göndər
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli maraqları özündə əks etdirən müdrük və düşünülmüş siyasəti ölkəmizi bütün sahələrdə davamlı inkişafa, ardıcıl qələbələrə aparır. Fəxrlə qeyd etmək lazımdır ki, Prezidentimizin böyük uzaqgörənliklə irəli sürdüyü “Müasir, qüdrətli və zəngin Azərbaycan naminə” çağırışı respublikamızın hərtərəfli tərəqqisində öz təsdiqini tapır. Ölkəmizin bütün sahələrdə sürətli inkişafı və beynəlxalq arenadakı böyük nüfuzu, ordu quruculuğundakı uğurları 44 günlük Vətən müharibəsində şanlı Qələbənin əsaını qoydu və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi ki, bu da öz növbəsində bölgədə yeni geosiyasi reallıqlar yaratdı.
Xüsusi qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimizin xarici ölkələrə, respublikamızın şəhər və rayonlarına, xüsusilə işğaldan azad edilmiş ərazilərə səfərləri müntəzəm xarakter daşıyır. Dövlət Başçımız beynəlxalq təşkilatların rəhbərləri ilə, ayrı-ayrı dövlət başçıları ilə işgüzar görüşlər keçirir, sənədlər imzalayır, eyni zamanda bölgələrimizə səfərləri zamanı mövcud vəziyyətlə yerində tanış olur, lazımi göstərişlər və tapşırıqlar verir. Bütün bunlar dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, ölkəmizin davamlı inkişafına, vətəndaşlarımızın xoşbəxt və təhlükəsiz yaşayışına xidmət edir.
Son vaxtlar ölkə başçımızın xarici ölkələrə səfərləri zamanı keçirdiyi uğurlu danışıqlar, əldə olunmuş razılıqlar, imzalanmış sənədlər bir daha sübut edir ki, Azərbaycan qarşılıqlı faydalı əməkdaşlığa, bərabərhüquqlu münasibətlərə üstünlük verir, bölgədə dayanıqlı sülhün yaradılmasına ciddi səylər göstərir.
Oktyabr ayının 30-da Prezidentimizin Bolqarıstan Respublikasına rəsmi səfəri çox zəngin proqramla yaddaqalan oldu. Bu səfər iki ölkə arasında geosiyasi, iqtisadi, tarixi və mədəni – humanitar əhəmiyyət daşımaqla yanaşı, eyi zamanda iki dost və starteji tərəfdaş ölkələr kimi bir birini əlaqləndirir. Bu səfər bir daha təsdiqlədi ki, zəngin tarixə malik olan dövlətlərarası əlaqələr uğurla, yüksələn xəttlə inkişaf edir. Dost Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda strateji və etibarlı tərəfdaş kimi qəbul edir. Ölkələrimiz arasında ticarət, nəqliyyat, yük daşımaları, sərmayələr, yüksək texnologiyalar və sair sahələr üzrə geniş imkanlar mövcuddur. Qeyd etmək lazımdır ki, son illər strateji əlaqələrimizin daha da gücləndiyi Bolqarıstanla ölkəmiz arasındakı ticarət dövriyyəsi təkcə 2021-ci ildə 72 milion 693 min dollar olub.
Möhtərəm Prezidentimiz Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxış edərək bu layihənin Avropanın enerji təhlükəsizliyi üçün faydalı olacağını vurğulayaraq bildirib ki, Azərbaycan Avropa ilə imzalanan sazişə sadiq qalaraq 2027-ci ilə kimi qaz ixracını daha da artıracaq. Yunanıstan - Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaqdır. Prezidentimiz çıxışı zamanı demişdir: “Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə o, Bolqarıstana daxil olur.”
Uzun illər beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olan Azərbaycan indi etibarlı qaz təchizatçısına çevrilir. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir ki, ölkəmiz bu layihəni başlayan tərəf olmaqdan həmişə qürur duyur.
Prezidentimiz çıxışı zamanı onu da qeyd etmişdir ki, bu, həmçinin bizim iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzaladığımız Enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun bir hissəsidir. Əmin olduğunu bildirmişdir ki, bu yaxınlarda Azərbaycan Avropa üçün həm də etibarlı elektrik enerjisi təchizatçısına çevriləcəkdir. Külək enerjisi sahəsində təkcə Xəzər dənizində təsdiq edilmiş potensialımızın həcmi 157 qeqavatdır. Hazırda biz avropalı tərəfdaşlarımızla bu enerjinin Avropa qitəsinə çatdırılması barədə müzakirələr aparırıq.
Avropa və Asiyanın qovuşağında yerləşən ölkəmizin qitənin enerji təhlükəsizliyinin təminatında, eyni zamannda regional və qlobal təhlükəsizliyə verdiyi töhfələr daim diqqət məkəzindədir.Enerji ilə bağlı bu günə qədər keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib və bundan sonra da deyəcəkdir.
Ceyhun Binnətov
YAP Qazax rayon təşkilatı Çaylı kənd
ərazi partiya təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024