Mobil versiya
Azərbaycan ilə Bolqaristan arasında səmimi əməkdaşlıq münasibətləri günü-gündən uğurlu və parlaq şəkildə çox yüksək inkişaf edir
Tarix: 07-10-2022 | Saat: 12:00
Bölmə:Media | çapa göndər

Azərbaycan ilə Bolqaristan arasında səmimi əməkdaşlıq münasibətləri  günü-gündən uğurlu və parlaq şəkildə çox yüksək inkişaf edir

Bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və etibarlı tərəfdaş imicini gücləndirməkdədir. Azərbaycan, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan, Prezident İlham Əliyevin Bolqarıstana səfəri və paytaxt Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirakı mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr bir daha onu göstərir ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqımızın milli maraqlarına uyğun müstəqil siyasət yürütməklə, eyni zamanda, ölkəmizin inkişafı və tərəqqisi naminə çox mühüm addımlar atır. Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaş ölkələrdir və bir-biriləri ilə daha sıx əməkdaşlıq etmək niyyətindədirlər. Cənab Prezident İlham Əliyevin Bolqarıstana budəfəki səfəri bu niyyəti özündə əks etdirir. Vurğulamaq lazımdır ki, ilk növbədə, iki ölkə arasında siyasi əlaqələr inkişaf etməkdədir. Liderlər, rəsmilər arasında görüşlər, xüsusilə, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq təkcə Azərbaycan-Bolqarıstan münasibətlərini inkişaf etdirmir, eyni zamanda, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini də yüksələn dinamika üzrə inkişaf etdirməkdədir. Qeyd etmək lazımdır ki, indiki həssas dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm addımlar atır. Xüsusilə, vurğulamaq lazımdır ki, artıq Azərbaycan Avropanın enerji xəritəsinin yenidən çizilmasinda mühüm rol oynayır. Uzun illər əvvəl əsası qoyulmuş TAP və TANAP lahiyələrinin işə düşməsi bir daha ölkə başçısının enerji siyasəti sahəsində uğurlu və uzaqgörən siyasətinin məntiqi nəticəsidir ki, bu gün bu layihələr Avropanın yeni enerji xəritəsinin çəkilməsində mühüm rola malikdir.

Cənab Prezident İlham Əliyevin Bolqarıstana səfəri və orada keçirilən əhəmiyyətli görüşlər bir daha təsdiq edir ki, Avropada strateji mövqeyə sahib olan ölkələr Azərbaycanla əməkdaşlıqda və münasibətlərin daha da möhkəmlənməsində maraqlıdırlar.Çünki həm Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biri, həm də beynəlxalq tranzitin mühüm subyekti kimi Azərbaycanın nüfuzu günü-gündən artır. Bu isə geosiyasi mövqeyimizin güclənməsi deməkdir. Azərbaycan Xəzərdə, Bolqarıstan isə Qara dənizdə strateji mövqeyə malikdir. Ona görə də müvafiq potensialların reallaşdırılması Azərbaycan və Bolqarıstan üçün yeni imkanlar yaradır.Orta Dəhliz və Şərq-Qərb tranzit Dəhlizi layihələri də Azərbaycan və Bolqarıstan arasında münasibətlərin möhkəmlənməsi üçün cəlbedici istiqamətlərdən biridir. Heç şübhəsiz ki, məlum istiqamətdə də addımlar atılacaq və əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq. Prezidentin Bolqarıstan səfəri strateji tərəfdaşlığı daha da genişləndirəcək. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır.Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır: dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı və s. Bütün bu infrastruktur obyektlərinin yaradılması Azərbaycan üzərindən tranzit yüklərin daha da artırılması məqsədinə xidmət edir. İki ölkə arasında humanitar sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Balkan yarımadasında açıq səma altında ən böyük muzey kompleksi olan, Bolqarıstanın Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğu Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunub. Azərbaycan prezidentinin Bolqarıstana bu son rəsmi səfəri gələcəkdə iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirəcək. Sözsüz ki, Bolqarıstanda keçirilən beynəlxalq tədbirdə iştirak edən ölkələrin yüksək təmsilçiləri ilə keçirilən mühüm görüşlər ikitərəfli və çoxtərəfli əlaqələrimizin daha möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Prezidentinin Bolqarıstana bu son rəsmi səfəri gələcəkdə iki ölkənin strateji tərəfdaşlığını daha da gücləndirəcək. Sözsüz ki, Bolqarıstanda keçirilən beynəlxalq tədbirdə iştirak edən ölkələrin yüksək təmsilçiləri ilə keçirilən mühüm görüşlər ikitərəfli və çoxtərəfli əlaqələrimizin daha möhkəmlənməsinə xidmət edir. ümumiyyətlə fəxrlə deməliyik ki, bu səfər hədsiz dərəcədə önəmli olmaqla, mərasimdə iştirak edən ölkələrin rəhbərlərinin ölkəmizə və liderimizə qarşı çox yüksək münasibət və mühüm strateji mövqelərin şahidi olduq. Qürurla deməliyik ki, Bolqarıstan səfərini ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra xarici siyasətimizdəki ən böyük uğurlardan biri hesab etmək olar. Bu rəsmi səfər çərçivəsində Bolqarıstanın, Rumunıyanın, Serbiyanın, Yunanıstanın, Avropa Komissiyasının rəhbərləri və digər yüksək rəsmilərlə görüşlərdə və onların çıxışlarında ölkəmiz, eləcə də möhtərəm Prezidentimiz haqqında səslənmiş yüksək fikirlər hər bir azərbaycanlıda fəxarət hissi oyadır. Bütün bunlar isə həm dövlətimizin, həm də xalqımızın beynəlxalq aləmdə nüfuzunu daha da artıraraq, etibarlı tərəfdaş olduğunu sözdə deyil, əməldə göstərir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının mühasibi
Qalib Nağıyev




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024