Mobil versiya
Ötən ay ərzində xaricdə təhsil almış 310 nəfərin müraciətinə baxılıb
Tarix: 07-10-2022 | Saat: 11:01
Bölmə:Təhsil | çapa göndər

Ötən ay ərzində xaricdə təhsil almış 310 nəfərin müraciətinə baxılıb

Sentyabr ayı üzrə xaricdə təhsil almış 310 nəfərin müraciətinə baxılıb, onlardan 248-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə AİA.Az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 27, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 13, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 11, digər səbəblər üzrə 11 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Rusiya Federasiyasından 98, Türkiyə Respublikasından 90, Ukraynadan 63, Gürcüstandan 15, Belarus Respublikasından 14, digər ölkələrdən isə 30 müraciət olub.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 32, tibb üzrə 31, iqtisadiyyat üzrə 23, menecment üzrə 14, biznesin idarə edilməsi üzrə 12 nəfər müraciətçi qeydə alınıb.

Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 18 gün təşkil edib.

Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2024