Mobil versiya
Şagirdləri Səlbi Rzayevanı təbrik edirlər!
Tarix: 05-10-2022 | Saat: 10:39
Bölmə:Təhsil | çapa göndər

Şagirdləri Səlbi Rzayevanı təbrik edirlər!

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Hər il olduğu kimi, Azərbaycanda bu il də Müəllim Günü ən əziz bayramlardan biri kimi qeyd olunur. Bu gün şagirdlər və tələbələr onların qalib xalqımıza, Vətənimizə və dövlətimizə layiqli şəxsiyyət kimi yetişmələrində böyük zəhməti, əvəzsiz rolu olmuş sevimli müəllimlərini təbrik edirlər.

Bakının Binəqədi qəsəbəsində yerləşən 205 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Səlbi xanım Rzayeva da həyatını övladlarımızın təlim-tərbiyəsinə həsr etmiş fədakar müəllimlərdəndir. Səlbi Rzayeva ömrünün 28 ildən artıq bir hissəsini məhz bu şərəfli peşəyə həsr edib və uzun illərdir ki, məktəbin qabaqcıl müəllimlərindən biridir.

Bu gün 205 saylı məktəbin 3b sinfində oxuyan əziz nəvəmiz Züleyxa 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün sinif dostları ilə birlikdə Səlbi müəlliməni ürəkdən təbrik edir və sevimli müəllimlərini hər zaman öz uğurları ilə sevindirəcəklərinə bir daha söz verirlər!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-05-2024