Mobil versiya
Sosial-İqtisadi Kollecdə “Anım Günü” qeyd olundu - FOTOLAR
Tarix: 27-09-2022 | Saat: 15:07
Bölmə:Təhsil | çapa göndər

Sosial-İqtisadi Kollecdə “Anım Günü” qeyd olundu

AİA.Az xəbər verir ki, 27 sentyabr “Anım Günü” ilə bağlı Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi Tədbirlər Planına əsasən UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə silsilə tədbirlər keçirilib. Kollecdə 1-ci saat dərslər Anım Gününə həsr olunub. Bundan sonra Kollecin tələbələri Sabunçu rayonunda yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.

Tədbirlər Planına uyğun olaraq kollecin akt zalında tələbələrin hazırladıqları əbədi-bədii tədbir nümayiş olunub.Tədbiri giriş sözü ilə açan kollecin direktoru p.e.d Vidadi Orucov 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın döyüş yolundan qürurla danışmış və şəhidlərimizə rəhmət diləyərək onlara daim borclu olduğumuu vurğulamışdır.

44 günlük Vətən müharibəsinin iştirakçısı olan tələbələr çıxışlarında keçdikləri döyüş yolundan söhbət açıblar.
Kollecin müəllimləri RasimAbasquliyev,Aynur Ağamalıyeva çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsində şəhadətə ucalmış qeyrətli Vətən övladlarını heç vaxt unutmayacaqlarını bildirdilər. Tədbirin sonunda Anım Gününə həsr olunmuş rəsm,şeir və inşa nominasiyaları üzrə müsabiqənin nəticələri elan olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024