Mobil versiya
Rafael İsgəndərov şəhid Müşviq Abbasovun səsyazısını yaydı - VİDEO
Tarix: 27-09-2022 | Saat: 14:10
Bölmə:Şou-biznes | çapa göndər

Rafael İsgəndərov şəhid Müşviq Abbasovun səsyazısını yaydı - VİDEO

Əməkdar artist Rafael İsgəndərov İkinci Qarabağ müharibəsinin başladığı ilk günlərdən iki oğlu ilə birlikdə döyüşlərə gedən və şəhid olan Müşfiq Abbasovun səsyazısını yayımlayıb.

AİA.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor şəhidin fotolarından ibarət videoya bunları yazıb:

"Bu gün 27 Sentyabr Anım günüdür. Bu gördüyünüz şəkillər, videoda olan səsyazma mənim şəhid olmuş dostum Müşviq Abbasova aiddir. Səsdən də məlumdur ki, onun ən böyük arzusu doğulduğu Abdal-Gülablı kəndinə qovuşmaq idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

"Allah gələn il bayramı bizim kəndimizdə keçirməyi nəsib olsun, sizi də dəvət edək, görün nə kənd var imiş. Allah bizə onu qismət edər" deyə, səsyazıda M.Abbasov bildirib.

Qeyd edək ki, Ağdam rayonunun Abdalgülablı kəndindən məcburi köçkün düşən M.Abbasov oğulları Şamil və İntiqamla birgə sentyabrın 27-dən başlayan döyüşlərə qatılıb. Müşfiq Abbasov Birinci Qarabağ müharibəsində də qardaşları ilə birgə döyüşübmüş.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024