Mobil versiya
"Azərbaycan uzun müddətdir ki..."
Tarix: 26-09-2022 | Saat: 13:31
Bölmə:İqtisadiyyat | çapa göndər

"Azərbaycan uzun müddətdir ki..."

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın yaşıl iqtisadiyyata keçid səylərini yüksək qiymətləndirir.

AİA.Az xəbər verir ki, bu barədə Trend-ə AİB-in baş iqtisadçısı Albert Park bildirib.

"AİB iqlim dəyişikliyi problemlərinin həllinə kömək etməkdə çox maraqlıdır. Biz işlədiyimiz ölkələri bərpa olunan enerji mənbələrinə keçməklə iqtisadiyyatlarının yaşıllaşdırılmasına üstünlük verməyə çağırırıq. Biz Azərbaycanda bərpa olunan enerji layihələrini, eləcə də yaşıl strategiyasında hökuməti dəstəkləmək üçün çalışırıq. Azərbaycan uzun müddətdir ki, qalıq yanacaqlardan asılıdır, lakin biz ölkədə yaşıl iqtisadiyyata keçid və bu istiqamətdə irəliləyiş üçün siyasi iradənin olduğunu görürük", - Albert Park bildirib.

Onun sözlərinə görə, AİB bu il Azərbaycanın iqtisadi artımının 4 faizdən çox olacağını gözləyir. İnflyasiyanın səviyyəsinə gəlincə, bank 2022-ci ildə onun ikirəqəmli olacağını gözləyir.

Baş iqtisadçı qeyd edir ki, məqsəd mövcud vəziyyətdən kənara çıxmaq və Azərbaycanın uzunmüddətli hədəflərini prioritetləşdirməkdir.

"Əsas məqsəd iqtisadi istehsalın əsas mənbəyi kimi neftdən əldə olunan gəlirləri şaxələndirməkdir və bu istiqamətdə bəzi ümidverici əlamətlər var. Görünür, son vaxtlar qeyri-neft sektoru sürətlə inkişaf edir. Yeni sənaye parklarının yaradılması, qeyri-neft istehsalının dəstəklənməsi nəzərdə tutulur. Bu düzgün yanaşmadır", - deyə o əlavə edib.

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-12-2024