Mobil versiya
Goranboyda məktəb direktorunun qadın müəllimi döyməsi ilə bağlı iş prokurorluğa verildi
Tarix: 26-09-2022 | Saat: 11:43
Bölmə:Media | çapa göndər

Goranboyda məktəb direktorunun qadın müəllimi döyməsi ilə bağlı iş prokurorluğa verildi

Goranboy rayonu Kələk kənd tam orta məktəbin direktoru Cahangir Əlabbasovun məktəbin ibtidai sinif müəllimi Fatma Musayevanı döyməsi ilə bağlı polis şöbəsinə daxil olan müraciət araşdırılmaq üçün prokurorluğa göndərilib.

Bu barədə AİA.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. O qeyd edib ki, məsələ ilə bağlı iş Goranboy Rayon Prokurorluğuna verilib. Hazırda faktla bağlı araşdırmalar prokurorluqda davam etdirilir.

Xatırladaq ki, sentyabrın 22-də səhər saatlarında Goranboy rayonunun Kələk kənd orta məktəbinin ibtidai sinif müəllimi Fatma Musayeva rayon polis şöbəsinə müraciət edərək məktəbin direktoru Cahangir Əlabbasov tərəfindən döyüldüyünü bildirib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar başlanılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024