AZAL Skytrax reytinqində sabit yüksək statusunu təsdiqlədi - FOTO
Tarix: 23-09-2022 | Saat: 15:59
Bölmə:Media | çapa göndər
AİA.Az xəbər verir ki, 23 sentyabr 2022-ci il, London – AZAL aviaşirkəti və ölkənin ilk aşağıbüdcəli aviadaşıyıcısı “Buta Airways” şirkəti “Skytrax 2022 World Airline Awards” tərəfindən beynəlxlaq mükafat nominasiyasında – “Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı regional aviaşirkəti” və “Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı aşağıbüdcəli aviaşirkəti" mükafatının qalibi olmuşdur.
Aviaşirkətlərin “Skytrax” tərəfindən mükafatlandırılması bu gün, 23 sentyabr tarixində London şəhərində keçirilən təntənəli mərasim çərçivəsində baş tutub.
Azərbaycanın milli aviadaşıyıcısı xidmət, qonaqpərvərlik və uçuşların təhlükəsizliyi sahəsində yüksək səviyyəli xidmətin göstərilməsi üzrə növbəti dəfə öz lider statusunu təsdiq etdi, aşağıbüdcəli aviaşirkət olan “Buta Airways” isə ilk dəfə “Skytrax” tərəfindən nominasiyada qalib oldu.
Xatırladaq ki, “Azərbaycan Hava Yolları” sərnişin aviaşirkəti həmçinin “Skytrax” tərəfindən "4 ulduz" reytinqinə layiq görülmüşdür. Bu status aviaşirkət tərəfindən havada və yerdə təklif edilən xidmətlərin keyfiyyətini yoxlayan müstəqil auditin nəticələrinə əsasən formalaşır.
“Aviaşirkətlərin göstərdiyi xidmətlərin yoxlanılması sahəsində nüfuzlu təşkilat olan “Skytrax” bir daha bizim fəaliyyətimizi yüksək qiymətləndirib. Qeyd edim ki, AZAL-ın bütün nailiyyətləri və uğurları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və dəstəyi sayəsində mümkün olmuşdur. Bu nominasiyalarda qələbə bizim üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Azərbaycan aviaşirkətləri tərəfindən göstərilən xidmətin etibarlılığının və yüksək keyfiyyətinin təminatı, həmçinin beynəlxalq aləmdə onlar tərəfindən qəbul olunmasının sübutudur. AZAL daim brendin təkmilləşdirilməsi üzərində çalışır və hər zaman öz sərnişinlərinə qarşı diqqətli olur", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.
“Mərkəzi Asiya və MDB ölkələrinin ən yaxşı regional aviaşirkəti” mükafatına 11-ci dəfə layiq görülməsi “Azərbaycan Hava Yolları” aviaşirkətinin fantastik nailiyyətidir. Son 18 ayın bütün çağırışlarına baxmayaraq, sərnişinlərin dəstəyi “Azərbaycan Hava Yolları”nın rəhbərliyi və bütün kollektivi üçün qiymətlidir", - deyə “Skytrax”ın icraçı direktoru Edvard Playsted bildirib.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu Bakıda “Skytrax” şirkətinin ən yüksək reytinqinin - “5 Ulduz” mükafatının sahibidir. O, həmçinin “Skytrax World Airport Awards versiyasına görə dəfələrlə Mərkəzi Asiya və MDB ölkələri üzrə ən yaxşı hava limanı reytinqinə başçılıq edib.
“Skytrax” müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşmış nüfuzlu Britaniya şirkətidir. Şirkət aviadaşıyıcıların və hava limanlarının xidmətinin keyfiyyətini qiymətləndirmək məqsədilə hər il sərnişinlər arasında müxtəlif sorğular keçirir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024