AZ RU Mobil versiya
Abşeron rayonunda şəhid Rüstəm Turabovun doğum günü qeyd edilib - FOTOLAR
Tarix: 22-09-2022 | Saat: 16:30
Bölmə:Cəmiyyət | çapa göndər

Abşeron rayonunda şəhid Rüstəm Turabovun doğum günü qeyd edilib

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinbə yüksələn, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülən Turabov Rüstəm Fərman oğlunun anadan olmasının 24-cü il dönümü qeyd edilib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev və şəhidin ailə üzvlərilə birgə şəhidimizin məzarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.
Abşeron RİH başçısının müavini Gülnar Rəhimova daha sonra şəhidimizin əvvəllər yaşadığı Güzdək qəsəbəsindəki evinə gələrək onun ailə üzvləri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlanıb.

Şəhid ailə üzvləri də dövlət səviyyəsində onlara hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

AİA.Az

--



Məlumatlanmaq üçün Facebook səhifəmizi

91 550 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-09-2022