AZAL yeni bort əyləncə sistemini təqdim edir
Tarix: 22-09-2022 | Saat: 15:19
Bölmə:İqtisadiyyat | çapa göndər
AİA.Az xəbər verir ki, 22 sentyabr 2022-ci il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı təyyarələrin göyərtəsində yeni prinsip üzrə əyləncə sistemini tətbiq etməyə başlayır.
Artıq sərnişinlər Wi-Fi vasitəsilə təyyarənin multimedia şəbəkəsinə qoşulmaq üçün mobil cihazlarından (telefon və planşet) istifadə edə, daha sonra isə birbaşa öz qadcetlərində bədii və sənədli filmlərə, idman proqramlarına, cizgi filmlərinə, seriallara, şou proqramlara və bir çox müxtəlif məzmunlu audio və video kontentlərə baxa və dinləyə biləcəklər.
Multimedia kontentlərinə baxmaq üçün üçüncü tərəfin mobil tətbiqini yükləməyə ehtiyac yoxdur, bütün əməliyyatlar mobil brauzer vasitəsilə həyata keçirilir.
İlkin mərhələdə bu sistemin “Airbus 319” və “Airbus 320” təyyarələrinin göyərtələrində tətbiq edilməsi nəzərdə tutulur.
Gələcəkdə digər təyyarələrin göyərtəsində simsiz axınlı əyləncə xidmətinin tətbiqi planlaşdırılır.
Uçuş zamanı əyləncə və Wi-Fi bağlantısı artıq səyahətin ayrılmaz hissəsinə çevrilib. AZALa məxsus təyyarələrin göyərtəsindəki multimedia kontentləri daim yenilənməkdə davam edəcək.
“Azərbaycan Hava Yolları” təyyarədə yeni simsiz axınlı xidmətinin istifadə qaydaları haqqında videoçarx hazırlayıb: https://youtu.be/R7aE-pCUedo
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
17-11-2024
16-11-2024